Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, Polis Şöbəsinə Nəsrəddin adlı şəxsin narkotik vasitə və psixotrop maddə satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən tədbirlər nəticəsində Balakən şəhər sakini Nəsrəddin İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan müxtəlif kağız bükümlərdə satış məqsədilə üzərində gəzdirdiyi heroin, psixotrop maddə - metamfetamin və qurudulmuş marixuana aşkar edilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat tədbiri nəticəsində isə əvvəllər dəfələrlə məhkum olunmuş Azər Abdullayevdən heroin və metamfetamin aşkarlanıb. Davam etdirilən tədbirlərlə ona psixotrop maddəni satan Qullar kənd sakini Maqomed Maqomedov da tutulub. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Balakən Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı üzərində narkotik vasitə və psixotrop maddə daşımaqda şübhəli bilinən rayon sakini Ruslani Xəlilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə heroin və metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hadisə
Balakəndə narkotik maddə alverçiləri saxlanılıb – FOTO
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix