Hadisə
30.01.2015, 22:10
Azərbaycanlı prodüser insan alverinə görə həbs edilib
Hal-hazırda Bakı təcridxanasında saxlanılır.
Məşhur azərbaycanlı prodüser Məmmədova Vəfa Vaqif qızı insan alverində ittiham üzrə həbs edilib.
Vesti.az-a Nərimanov rayon Məhkəməsindən bildirilib ki, ona qarşı iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
O, hal-hazırda Bakı təcridxanasında saxlanılır.
Qeyd edək ki, adıçəkilən prodüser yerli şou-biznesin bir çox məşhur nümayəndələri ilə çalışıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay