Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər haqqında məlumat verdi.
Bildirildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.
Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişə imkan yaradacaq.
Məlumat verildi ki, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu mövcud yoldan 33,1 kilometr qısadır. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü və ümumi uzunluğu 1076 metr təşkil edəcək 3 qovşaq inşa olunacaq.![]()
![]()
Prezident Toğanalı-Kəlbəcər-İstisu yolunda görülən işlərlə tanış olub - FOTO
Siyasət
Lavrov Sani ilə Yaxın Şərqdəki gərginlikdən danışdı
Siyasət
Ərdoğanla Tasulasın görüşü başa çatdı
Son xəbərlər
Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq?
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Siyasət
Ermənistanın KTMT-dəki gələcəyi məlum oldu
Son xəbərlər
İlham Əliyevdən Əli Əsədovla bağlı sərəncam
İqtisadiyyat
Azərbaycanda yükdaşıma ilə bağlı yeni cərimə
Hadisə
ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib
Son xəbərlər
Nəsimi Musayevin həbs müddəti uzadıldı
İdman
Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək
Siyasət
Ukrayna münaqişəsi ilə bağlı konsepsiya hazırlamışıq - Kuşner
İqtisadiyyat
Aİ Şurası Ukraynaya 45 milyard avro ayrılması ilə bağlı qərar qəbul edib
İqtisadiyyat
Tramp fond bazarındakı kəskin enişə görə demokratları günahlandırıb
Siyasət
Rusiya Zelenski ilə danışıqlar aparır? - Uşakov
İqtisadiyyat