İmişli rayonunda şəhid Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb.
Bu barədə “Report”a həmin məktəbdə təhsil alan bir qrup şagirdin valideynləri məlumat verib.
Valideynlərin sözlərinə görə, bir müddətdir qəzalı vəziyyətdə olan bu məktəb 1972-ci ildə inşa edilib.
Burada iki növbə olmaqla 420 şagirdin təhsil aldığını bildirən valideynlər övladlarının qəzalı və baxımsız tədris ocağında təhsil almalarından narahatlıqlarını ifadə ediblər: “Övladlarımız qəzalı vəziyyətdə olan bu məktəb binasında təhsil alır. Məktəb binasının tavanı uçuq-sökük olduğundan yağış və qar suları birbaşa sinif otaqlarına dolur. Bu da şagirdlərin təhsil almasına, onların dərsə davamiyyətinə mane olur”.
Valideynlər buna görə də aidiyyəti qurumlardan məktəb binasının təmir olunmasını və ya yeni binanın tikilməsini xahiş edib.
Məsələ ilə bağlı təhsil müəssisəsindən “Report”un yerli bürosuna bildirilib ki, hazırda məktəbin yeni binasının tikintisi məsələsi 2022-2023-cü illər fəaliyyət planına salınıb. Qeyd olunub ki, gələn il şəhid Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəb üçün yeni bina inşa ediləcək.![]()
Bölgə
İmişlidə şəhidin adını daşıyan məktəb qəzalı vəziyyətə düşüb - FOTO
İqtisadiyyat
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - Foto
Siyasət
Əliyev Putin və Berdiməhəmmədovla görüşdü
Müsahibə
Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan
Siyasət
Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto
İqtisadiyyat
Neftin bu günə olan qiyməti
Siyasət
İlham Əliyev Türkmənistana getdi
Hadisə
Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü
Siyasət
ABŞ-da Nidal Həsənin edam tarixi açıqlandı
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman