Şəki şəhərində Azərbaycanlıların Soyqırımı Günü anılıb
Martın 30-da Şəki şəhər 10 №-li tam orta məktəbin akt zalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş yığıncaq keçirilib.
Tədbirdə şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin tarix müəllimi, əməkdar müəllim Bəşarət Yusifov məruzə ilə çıxış edərək 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, eləcə də Azərbaycanın bir neçə bölgəsində ermənilərin törətdikləri soyqırımından danışıb. Bildirib ki, həmin hadisələr zamanı 50 min azərbaycanlı qətlə yetirilib, evlər qarət olunub.
Vurğulanıb ki, bu soyqırımına münasibət yalnız ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bildirilib. Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı Fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verilib. Bununla da XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə indiki və gələcək nəsillərdə milli yaddaş formalaşdırılıb.
Qeyd edək ki, şəhərimizin idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında Azərbaycanlıların Soyqırımı Günü müxtəlif tədbirlərlə qeyd edilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay