Xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mühüm işlər görülmüşdür. Ulu Öndərin müvafiq Fərmanına əsasən, 1998-ci ildən etibarən hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən anım tədbirində iştirakçılar əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzmüş, şəhidlərin ölməz xatirəsini ehtiramla yad etmişlər.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında keçirilən toplantıda xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin mahiyyətindən və tarixi köklərindən geniş bəhs edilmişdir. Bildirilmişdir ki, erməni millətçilərinin həyata keçirdikləri soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu məkrli siyasətin məqsədi azərbaycanlıları dədə-baba torpaqlarından sıxışdırıb çıxarmaq, bu əraziləri mənimsəməkdir.
Məruzə və çıxışlarda ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri kütləvi qırğınlar konkret faktlarla diqqətə çatdırılmış, soyqırımı hadisələrinin XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biri olduğu vurğulanmışdır. Bildirilmişdir ki, 1918-ci il martın 31-də erməni şovinistləri Bakı Kommunasının köməyi ilə Azərbaycanda kütləvi qırğınlar, qətllər törətməklə bəşər tarixində misli görünməmiş soyqırımı həyata keçirmişlər.
Azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanmış, hazırda bu istiqamətdə ölkə rəhbərliyi, həmçinin Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü və davamlı iş aparıldığı diqqətə çatdırılmışdır.

Son xəbərlər

Azərbaycan Rusiyaya nota göndərdi

Azərbaycandan qaz idxalı üzərində işləyirik - Fitso

Hakan Fidan Qətərə gedir

Heç kim onlara göstəriş verə bilməz! - Ərdoğan

Rusiya axşam saatlarında 5 PUA-nı məhv etdi

Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ

İsrail İordan çayının Qərb sahilində antiterror əməliyyatına başlayıb

Pentaqonun yeni rəhbərinin adı məlum olub

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Qəzada həlak olan ekipaj üzvləri ilə vida... - Fotolar

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzr istədi

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

Roma Papasının halı pisləşdi

Bütün xəbərlər