10 fevral 2015-ci il tarixdə Ağstafa Heydər Əliyev Mərkəzində “Ağstafa rayonunun 2014-cü ildə sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr barədə” rayon İcra hakimiyyəti başçısının hesabat yığıncağı keçirildi.
Yığıncaqda Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Nizami Cəfərov, İlyas İsmayılov və Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov iştirak edirdi.
Toplantı iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
“Ağstafa rayonunun 2014-cü ildə sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr barədə” rayon İcra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev geniş məruzə ilə çıxış etdi. Qeyd olundu ki, Dövlət Proqramlarının icra edildiyi 2004-2014-cü illər ərzində Ağstafa rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən Ümumi Məhsul Buraxılışının həcmi 4,7 dəfə, sənaye məhsullarının həcmi 6.0 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,5 dəfə, tikinti işlərinin həcmi 28,5 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 24,0 dəfə, nəqliyyat xidməti 2,3 dəfə, rabitə xidməti 3,0 dəfə, ticarət 5,0 dəfə artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8,9 dəfə, pərakəndə əmtəə dövriyyəsi 4,2 dəfə, orta aylıq nominal əmək haqqı 4,9 dəfə artmışdır. 2004-2014-cü illər ərzində Ağstafa rayonu əhalisinin gəlirləri 4,8 dəfə, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 4,3 dəfə, bir nəfərə düşən gəlir 4,4 dəfə artmışdır. Rayonda sahibkarlığın inkişafına və yeni özəl qurumların yaranmasına göstərilən qayğı və diqqətin nəticəsində ötən 11 il ərzində yeni açılan iş yerlərinin sayı 10489 olmuşdur ki, bunun da 60,3 faizini daimi iş yerləri təşkil edir.
Dövlət Proqramlarının həyata keçirildiyi dövr ərzində Ağstafa rayon büdcəsinin xərcləri 5,6 dəfə, gəlirləri 10,2 dəfə artmışdır. 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika saxlanılmış və daha da yüksəlmişdir. 2014-cü il ərzində rayon iqtisadiyyatı daha da inkişaf etmiş, ümumi məhsul buraxılışının həcmi 132,0 milyon manata çatmışdır. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi ildən ilə artır və 2014-cü ildə 58 faizi keçmişdir. Ümumi məhsul buraxılışının tərkibində sənaye məhsulunun həcmində 10,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalının həcmində 4,5 faiz, nəqliyyat xidmətində 3,0 faiz, rabitə xidmətində 13,3 faiz, ticarətdə 7,3 faiz artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 52,7 milyon manata çatdırılmışdır. Nəzərinizə çatdırım ki, ümumi məhsul buraxılışının tərkibində tikinti-quraşdırma işlərinin xüsusi çəkisi 37,0 faiz təşkil edir. İl ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 7,8 faiz artmışdır. Birinci və ikinci Dövlət Proqramları ilə dəstəklənən tədbirlərin icrasının təmin edilməsi sayəsində Ağstafa rayonunda 2014-cü ildə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi 2004-cü illə müqayisədə 2,5 dəfə çoxdur. Həmin dövrdə rayon üzrə taxıl əkini sahəsi 3373 ha artırılmış, əldə olunan məhsulun həcmi 2004-cü illə müqayisədə 1,5 dəfə çox olmuşdur. 2004-2014-cü illərdə rayonda kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri çərçivəsində yeni üzüm və meyvə bağlarının salınmasına, bostan, tərəvəz məhsullarının əkini və istehsalının artırılmasına diqqətlə yanaşılmışdır. 2014-cü ildə 460 ha kartof, 326 ha tərəvəz, 780 ha qarğıdalı, 133 ha bostan, 242 ha günəbaxan, 71 ha paxlalı bitkilər əkilmişdir. Rayon üzrə 4761.0 ton kartof, 2189.4 ton tərəvəz, 77.0 ton paxlalı bitki, 1377.8 ton bostan, 2663.6 ton meyvə, 308.8 ton günəbaxan, 2952.6 ton qarğıdalı, 5902.0 ton üzüm istehsal olunmuşdur. 2014-cü ilin iyul ayında “Ağstafa-Aqroservis” MMC tərəfindən özündə istehsal-emal korporasiyasını cəmləşdirən mühüm bir layihənin təməli qoyulmuşdur. 30 min ton taxıl anbarı, saatda 5 ton emal və istehsal gücünə malik un və çörək zavodları, şirniyyat məhsulları istehsalı üzrə fabrikin və iaşə xidmətinin də daxil olduğu bu kompleksin təməlinin qoyulması ilə Ağstafa rayonunun iqtisadiyyatının inkişafında ciddi addım atılmışdır.
Rayonda təbiətin mühafizəsi və ekologiyanın qorunması məqsədi ilə “IDEA” İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin oktyabr-noyabr aylarında “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kompaniyası nəticəsində şəhərdə və yol kənarlarında 10600 ədəd, həmçinin meşə massivində 20 min ədəd yeni ağac tingi əkilmişdir. Belə tədbirlərimiz 2015-ci ildə də davam etdiriləcəkdir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Ağstafa rayonunun Sosial-İqtisadi İnkişafı Proqramı (2014-2018-ci illər)”na uyğun olaraq 2014-cü ildə Ağstafa rayonunda abadlıq-quruculuq, yenidənqurma və təmir-tikinti sahəsində nəzərdə tutulan tədbirlərin icrası təmin edilmişdir.
Ağstafa şəhərinin küçə və meydanların yenidən qurulması, abadlıq işlərinin aparılması və yaşıllıq zolaqlarının salınması daim diqqət mərkəzində olmuşdur. Ötən illərdə şəhərin S.Vurğun, C.Cabbarlı, 20 yanvar, A.Aslanov, M.Allahverdiyev, M.Ə.Rəsulzadə, R.Alıcanov və digər küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılmışdır. Hesabat ilində də bu iş sürətlə davam etdirilmiş və Ağstafa şəhərinin N.Nərimanov. S.Ağamalıoğlu, B.Mirzəyev və R.Əsədov küçələrində təmir, tikinti və abadlıq, yenidən qurma işləri aparılmışdır. Həmin küçələrdə telefon rabitəsi, elektrik və qaz xətləri təhlükəsiz yerlərə çəkilmiş, küçələrin estetik cəhətdən baxımlı olması üçün zəruri addımlar atılmışdır. Görülmüş işlər sayəsində bu gün Ağstafa şəhəri respublikanın ən gözəl, təmiz və abad, işıqlı şəhərlərindən birinə çevrilib. Şəhərimizin sakinləri və rayonumuza gələn qonaqlar təmizliyi və abad olması ilə diqqət çəkən müasir tikililərin üstünlük təşkil etdiyi Ağstafa haqqında fəxrlə danışırlar. Ağstafa şəhərində 20 yaşayış binasında əsaslı və cari təmir işləri aparılmış, binaların blok və pilləkən qəfəsləri təmir edilmiş, hər bir girişə qapı qoyulmuş, pəncərələr şüşələnmiş, işıqlandırma təmin edilmiş, 11280 kv. metr dam örtüyü dəyişdirilmişdir. Bu istiqamətdə işlərimiz 2014-cü ildə də davam etdirilmişdir. Şəhərin R.Alıcanov küçəsindəki 3 ədəd dəmir yol binasının və C.Cabbarlı küçəsindəki çox mənzilli yaşayış evinin dam örtükləri yenilənmiş, 20 yanvar küçəsindəki 2 ədəd çoxmənzilli yaşayış evlərinin giriş blokları və pilləkən qəfəsləri əsaslı təmir edilmiş, blokların qapı-pəncərələri dəyişdirilmişdir. Bütövlükdə son 2 il ərzində Ağstafa şəhərində 25-dən artıq çoxmənzilli binada əsaslı və cari təmir işləri aparılaraq 16741 kv. metr dam örtüyü təzələnmişdir. hesabat ilində Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanların səfərbər edilməsi yolu ilə şəhərin Ə.Nəbiyev küçəsindəki 16 mənzilli binaya istilik sistemi çəkilmiş, hər bir mənzilə kombi tipli qızdırıcı qoyulmuşdur. Eyni zamanda rayonun Yenigün kənd və Vurğun qəsəbə məktəblərində də yeni istilik sistemi quraşdırılmışdır. Ağstafa şəhər 2 saylı körpələr evi-uşaq bağçası və Poylu kənd 1 saylı uşaq bağçasında əsaslı təmir və yenidən qurma işləri aparılmış, hər iki bağçada müasir istilik sisteminin qoyulması təmin edilmişdir. Belə demək mümkündürsə son 3 il ərzində rayonda istifadəyə verilən və ya əsaslı təmir olunan hər bir binada mütləq şəkildə istilik sistemin olması məsələsini ciddi nəzarətdə saxlamışıq. Görülən tədbirlər sayəsində Ağstafa şəhər humanitar texniki təmayüllü liseyin, Qaçaq Kərəm kənd orta məktəbinin və bir neçə yaşayış binasının istilik məsələsi qaydaya salınmışdır. Dövlət Proqramına uyğun olaraq rayonda 220 şagird yerlik Kolxəlfəli və 300 şagird yerlik Eynallı kənd tam orta məktəbi tikilərək istifadəyə verilmişdir. Bu məktəblərin istifadəyə verilməsi ilə 2003-cü ildən bəri rayonda yeni tikilən məktəblərin sayı 15-ə çatmışdır. Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun istifadəyə verilməsinin mühüm iqtisadi və siyasi əhəmiyyəti vardır. Heç kimə sirr deyil ki, yolsuzluq ucbatından bu yaşayış məntəqələrinin sakinlərinin narahatçılığı çox idi. Kür çayının sol sahilində yerləşən 11 yaşayış məntəqəsinin 20 minə kimi sakinin yol problemi həll olundu. Kifayət qədər ictimai-siyasi və iqtisadi əhəmiyyət daşıyan bu layihənin icra olunması hər şeydən əvvəl, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara diqqət və qayğısının təzahürüdür. Rayonun Ermənistanla həmsərhəd olan Köhnəqışlaq kəndində müasir tibb məntəqəsi tikilərək istifadəyə verilmiş, Poylu kəndində 1 saylı uşaq bağçası-körpələr evi yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilmişdir. Hazırda Ağstafa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşasına başlanmış 100 yerlik şəhər 5 saylı, Dağ Kəsəmən kəndində 100 yerlik yeni körpələr evi-uşaq bağçalarının tikintisi işləri uğurla davam etdirilir. Eyni zamanda rayonun Vurğun qəsəbəsində həkim məntəqəsinin əsaslı təmiri işləri aparılır, Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və Reabilitasiya Mərkəzində yenidən qurma işləri tamamlanmaq üzrədir. Doğum şöbəsinin dam örtüyünün dəyişdirilməsi və qapı, pəncərələrin yenilənməsi işləri həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin 30 iyun 2014-cü il tarixli ”Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Ağstafa şəhərində Musiqi və İncəsənət Mərkəzinin tikintisi və rayon Mədəniyyət evinin əsaslı təmiri işlərinə ötən ilin sonlarından başlanılmışdır. Qeyd edim ki, bu Mərkəzin tikintisi Ağstafanı bölgənin mədəni mərkəzi kimi formalaşmasını təmin edəcəkdir. 1974-cü ildən fəaliyyətə başlayan və Ağstafa şəhər 1 saylı orta məktəbinin emalatxana binasında yerləşən H.Arif adına Ağstafa şəhər 7 illik musiqi məktəbinin binası qəzalı və şəraitsiz olduğundan yeni binanın tikintisinə ciddi ehtiyac vardır. Ötən hesabat yığıncağında yerdən qaldırılan məsələlərdən biri də yeni Musiqi məktəbinin tikintisi ilə bağlı olmuşdur. Eksklüziv layihə əsasında ud formasında tikilən bu bina öz gözəlliyi ilə də diqqət çəkir. Yeni binanın tikilməsi ilə burada 350 şagirdin təhsil almasına şərait yaradılacaqdır. Yeni musiqi və incəsənət mərkəzinin tikilməsi üçün Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən 1,5 ha torpaq sahəsi ayrılmışdır. Burada yeni bina ilə yanaşı incəsənət parkının yaradılması, ərazidə geniş sahədə yaşıllığın salınması və yeni təhsil və istirahət zonasının yaradılması nəzərdə tutulur. Yeni musiqi və incəsənət mərkəzinin binasında fərdi və qrup məşğələ otaqları, xor və orkestr zalı, muğam və zərb alətləri otaqları olacaqdır. Binada inzibati otaqlar, yeməkxana, akt zalı və qrim otağı, musiqi fondu otağı, səsyazma studiyası olması da nəzərdə tutulur. Binada müasir avadanlıqlarla təmin olunmuş və akustika şərtlərinə cavab verən konsert zalı da olacaqdır.
Hazırda rayonun Dağ Kəsəmən kənd mədəniyyət evinin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli ”Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Ağstafa rayon mədəniyyət evinin binasında əsaslı təmir və yenidənqurma işləri sürətlə davam etdirilir. Binada yeni işıqlandırma, mərkəzləşdirilmiş ventilyasiya və isitmə sistemləri qurulur. Səhnədə müasir avadanlıqlar qoyulması və komfort akustika sahəsinin yaradılması, zalda ən müasir oturacaqların quraşdırılması nəzərdə tutulmuşdur. Binanın fasad hissəsi irəli çəkilərək daha da əzəmətli görünməsi təmin ediləcək və ətrafında kiçik park salınacaq, eyni zamanda Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrinin də yenidən qurulması nəzərdə tutulur.
Hesabat ilində Pirili və Qırılı kəndlərinə təbii qaz yanacağının verilməsi təmin edilmiş, beləliklə hazırda 28 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilir.
2014-cü il məzunlarından 429 nəfər ali məktəblərə sənəd vermişdir ki, bu da məzunların 54.6 faizi deməkdir. Ali məktəblərə sənəd verənlərdən 263 nəfəri, ümumi sənəd verənlərin 61.3, məzunların isə 33.5 faizi artıq tələbədir. Qəbul olunanlardan 16 nəfəri 600- dən, 37 nəfəri isə 500- dən cox, ümumilikdə 53 nəfəri 500-dən çox bal toplamışdır. Zəlimxan kənd tam orta məktəbin məzunu Qismət Cəfərov tam orta təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə “Qızıl medal”a, Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbinin məzunu Zaur Ayralov Prezident təqaüdünə layiq görülmüşlər.
2014-cü ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə 42 səyyar qəbul görüş keçirilmişdir. Bu qəbullarda 8055 nəfər sakin iştirak etmiş, 450 təklif verilmişdir. Qaldırılan problem və təkliflərin 261 həll olunub, 102-nin icrası davam edir, 87 təklifin icrası ilə əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir.
Hesabat ilində Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatına vətəndaşların 1164 müraciəti (bunlardan 97.4 faizini ərizələr, 2.6 faizini şikayətlər təşkil edir) və 232 təşkilat daxili müraciət daxil olmuşdur. Ötən ilə nisbətən daxil olan müraciətlərin sayı 240 ədəd və ya 17.1 faiz azalmışdır. Müraciətlərin təhlili göstərir ki, onların 27.5 faizi mərkəzi orqanlardan, 72.5 faizi isə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin payına düşür. Daxil olan müraciətlərin 36.8 faizi müsbət həll olunmuş, 57.8 faizinə müvafiq izahat verilmiş, 3.8 faizi əsassız sayılmış, 1.6 faizi icradadır.
Ağstafa rayonu İcra hakimiyyətinin rəsmi internet səhifəsi fəaliyyət göstərir. Həmin səhifədə vətəndaşlar üçün “Elektron müraciət” bölməsi yaradılmış, İcra hakimiyyətində və yerlərdə vətəndaşların qəbul vaxtı barədə məlumat verilir. Vətəndaşların qaldırdıqları problemlərinin operativ həlli üçün Rayon İcra Hakimiyyətində 24 saat fəaliyyət göstərən “Qaynar xətt” təşkil edilmişdir.

Hesabat yığıncağı işgüzar şəraitdə keçdi.
Azərbaycan Respublikası Milli Məclisin üzvləri İlyas İsmayılov, Nizami Cəfərov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov tədbirdə çıxış etdilər.Ağstafa rayon İcra hakimiyyəti başçısının hesabat yığıncağı keçirildi

Son xəbərlər

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Azərbaycanda 29 yanvara seçki təyin edildi

MSK sədri qadınlara səsləndi: Namizəd olun!

İlham Əliyev fərman imzaladı

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Bütün xəbərlər