İmişli rayonunda Ağaməmmədli kəndinə təbii qaz verildi
İmişli rayonunda kənd yaşayış məntəqələrinin “mavi” yanacaqla təminatı
istiqamətində tədbirlər davam etdirilir.
Bu günlərdə rayonun daha 1 yaşayış məntəqəsinə Ağaməmmədli kəndinə təbii qaz verilib. Bunun üçün 12 min 411 metr yeraltı polietilen və 25 min 581 metr yerüstü polad borulardan istifadə olunub. Bütün evlər sayğaclaşdırılıb.
Kəndlərə təbii qazın verilməsi münasibətilə təntənəli açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin, o cümlədən ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafından, ən ucqar yaşayış məntəqələrində belə sosial məsələlərin həlli, insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətlərində görülən işlərdən, həyata keçirilən layihələrdən danışmışdır. Ümumiyyətlə 2015-ci ildə bütün yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulub. Mərasimdə çıxış edən kənd ağsaqqalları, ziyalılar soyuq payız günündə ailənin rahatlığı üçün mühüm olan təbii qazın verilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Sonda sakinlərin və qonaqların alqışları altında açılış rəmzini bildirən məşəl alovlandırılıb. Rayon icra hakimiyyətinin nümayəndələri bir neçə ailəyə baş çəkib, qazın verilişi ilə tanış olublar.
interxeber.az
Heydər Əliyev
Samir Mehdiyev
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay