Bu gün Novruzun ilk çərşənbəsidir
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir.

Bu həftədən Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.

Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.
Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır.

Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Qeyd edək ki, Azərbaycanda martın 2-də Od, martın 9-da Yel çərşənbəsi qeyd olunacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.

Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 13:37-də qədəm qoyacaq. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.

Son xəbərlər

Prezident anons etdi: İH-lər ləğv ediləcək

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Türkiyənin 14 vilayətində əməliyyat: 202 nəfər saxlanıldı

Maduro hara aparılır?

ABŞ Venesuela parlamentinin binasına zərbə endirdi

Vəfa Hüseynzadə: Peşəkarlıqla qurulan səhiyyə yolu

İrəliləyişlər var, yeni uğurlara hazırıq - Szinpindən Putinə

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşovanın fəaliyyəti

Ukraynanı dəstəkləməyə davam edəcəyik… - Leyen

Azərbaycana bu məhsulları göndərə bilərik - Erməni nazir

Zelenski Trampla bu 5 məsələni müzakirə edəcək

Azərbaycan şirkətləri bu ölkəyə 1 milyard yatırıb

Azərbaycanla bu ölkə arasında birbaşa uçuşlar gözlənilir

İranın iki hərbçisi Pakistanla sərhəddə öldü

Müharibənin sonu yaxınlaşır - Lukaşenko

ABŞ 29 gəmiyə sanksiya tətbiq etdi

Heydər Əliyevin vəfatından 22 il ötür

Pezeşkian seçildikdən sonra Azərbaycanla bağlı tapşırıq verdi

İran XİN-dən Azərbaycanla bağlı açıqlama..

İraq Hizbullahı terror təşkilatı kimi tanıdı

Kipr prezidenti Ukraynada səfərdədir

Hakan Fidan İrana gəlir

Uitkoffla Uşakovun sızdırılan danışığı... - Tramp

Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan

Plan qəbul edilsə, Tramp Zelenskini bağışlayacaq - İddia

İranla razılaşmaya açığıq - Tramp

DİN məlumat yaydı: Bu nömrələrdən gələn zənglər...

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Prezident İlham Əliyev Konstitusiya Günü münasibətilə paylaşım edib

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

Xankəndidə atəşfəşanlıq oldu

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

ABŞ BMT-yə ödənişləri dayandırdı

Bütün xəbərlər