Hacıqabulda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM » İnterxəbər.Az
interxeber.az » Bölgə » Hacıqabulda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM


Hacıqabulda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM

21-04-2021, 14:43
Oxunub: 638
Çap et
Prezident İlham Əliyev Hacıqabul şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Hacıqabul şəhərində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Reytinq: