Maliyyə sənayesi bu gün ən böyük sarsıntılardan birini yaşayır. Rəqəmsallaşma və yeni texnologiyalar bankları maliyyə xidmətləri bazarında fəaliyyətlərini davam etdirmək üçün yeni iş modelləri istifadə etməklə iş üsullarını və diqqət fokuslarını əsaslı şəkildə dəyişdirməyə təşviq edir. Məhz buna görə növbəti “Azerbaijan Microsoft Days” konfransı maliyyə xidmətləri sənayesində rəqəmsal transformasiyanın gələcəyinə həsr edildi.

“Microsoft” şirkətinin mütəxəssisləri və spikerləri Azərbaycanın maliyyə müəssisələri üçün “Rəqəmsal həllərin vasitəsi ilə maliyyə sektorunun transformasiyası” mövzusunda təşkil edilmiş onlayn konfrans çərçivəsində bulud texnologiyalarının, süni intellektin, müasir iş yerlərinin və kiber təhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı ən uğurlu təcrübələrin təqdimatını keçirdilər.

“Microsoft”un müştəriləri hərtərəfli öyrənməyə, onların məlumatlarını qorumağa, riskləri idarə etməyə, dələduzluq hallarının və kiber hücumların qarşısını almağa imkan verən həlləri konfrans iştirakçılarının xüsusi marağına səbəb oldu.

“Bu gün bank və sığorta fəaliyyətinin rəqəmsal transformasiyası getdikcə daha çox aktuallaşır və zamanın tələbinə çevrilir. Bank və sığorta xidmətləri, süni intellektə əsaslanan müştəri təcrübəsi və əşyaların internetinə çıxış imkanları tezliklə yeni normaya çevriləcək və bu, heç də pandemiyanın təsirindən olmayacaq. Əksinə yeni nəsil insanların şəxsi ünsiyyətdən daha çox rəqəmsal əlaqələr qurmaq seçiminə üstünlük verməsi səbəbindən baş verəcək", - deyə “Microsoft”un Orta və Şərqi Avropadakı maliyyə xidmətləri sənayesinin müdiri Madalina Popa qeyd edib.

“Microsoft”un Mərkəzi və Şərqi Avropanın 24 ölkəsində “BizApps” satışları üzrə mütəxəssisi Urban Jovanoviç təqdimatında bildirib ki, rəqəmsal texnologiyalar bankların müştəriləri ilə qarşılıqlı münasibət qurmaq üsullarını dəyişdirir: “Bugünkü bazarda maraq doğurmaq üçün, müştəri ilə münasibəti onun haqda bütöv təəssürat yarada biləcək yeni innovativ və çoxkanallı yanaşma, intellektual təhlil, proseslərin avtomatlaşdırılması tələb olunur.

Bank işi və kapital bazarları sahəsində ciddi dəyişikliklər baş verir. Bank işinin prioritetlərini vurğulayan altı əsas tendensiya mövcuddur - bank müştərilərinin məlumatlarının emalı və monetizasiyası əsasında yaradılmış və onlar üçün yeni imkanlar açan müasir texnologiyaların və iş modellərinin tətbiqidir; gənc nəsil müştərilərin ehtiyaclarını nəzərə alaraq diqqət mərkəzinin genişləndirilməsidir; kiber cinayətkarlardan və fırıldaqçılardan qorunan, məsafədən həyata keçirilən bank əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsidir; tənzimləmə tələblərinə uyğun olmağı və risklərin idarə edilməsini tələb edən tənzimləyici qurumların təzyiqi şəraitində iş proseslərində çevikliyin təmin edilməsidir; bank əməliyyatlarının təhlükəsizliyini pozmadan son istifadəçiyə xidmət təqdimetmə zəncirindəki uyğunsuzluqları aradan qaldırmaq və ənənəvi bankın fərdiləşdirilmiş və müştəri tələbatına uyğun xidmət göstərməyə yönəlmiş rəqəmsal banka keçidini təmin etmək üçün köhnəlmiş sistemlərin dəyişdirilməsi və bulud texnologiyalarına transformasiyasıdır”.

Jovanoviçin sözlərinə əsasən, texnologiya bu gün maliyyə xidmətlərinin ayrılmaz bir hissəsidir, lakin dələduzluq hallarının və kiber cinayətlərin artması istehlakçıların onlara daha böyük imkanlar yaradan müasir yüksək texnologiyalı məsafədən göstərilən bank xidmətlərinə olan etibarını azaldır.

“Maliyyə qurumlarının sanksiyalara məruz qalan və ya terrorizmi maliyyələşdirən şəxslərin maliyyə cinayətlərinə və pul vəsaitlərinin hərəkətinə vaxtında reaksiya verməsi vacibdir, bu məqsədlə mövcud olan bütün etibarlı müasir texnologiyalardan və məlumat mənbələrindən fəal şəkildə istifadə edilməlidir, əks halda nəticədə maliyyə təşkilatları fəlakətlə üzləşə bilərlər”, - deyə U. Jovanoviç qeyd edib.

Ekspert onu da bildirib ki, rəqəmsal transformasiya ənənəvi olaraq biznes və risk idarəetməsində ciddi şəkildə normativ tələblərə uyğun fəaliyyət göstərən maliyyə qurumlarının iş üsullarını və strategiyasını kökündən dəyişir. Tənzimləmə, müştərilər ilə münasibətlərin yeni formada qurulması prosesində vacib rol oynayır, burada müştəri haqda açıq mənbələrdə olan bütün məlumatlar onun imkanlarını və tələblərini proqnozlaşdırmaq məqsədi ilə təhlil və süni intellekt texnologiyaları vasitəsi ilə emal edilir və nəticədə müştəri xidməti keyfiyyəti artırılır, maliyyə təşkilatının riskləri isə azalır.

Böyük hesablama gücünə malik olan və ən yüksək kiber təhlükəsizlik səviyyəsini təmin edən bulud infrastrukturu xüsusi əhəmiyyət kəsb edir. “Microsoft” kiber təhlükəsizlik tədbirlərinə ildə 1 milyard dollar vəsait yönəldilir və bu məbləğin böyük bir hissəsi “Azure” platformasının ən etibarlı bulud platformasına çevrilməsinə xərclənir. Bu gün “Azure”, bank müştərilərinin biznes aktivlərini qorumaq üçün, məlumatları aktiv şəkildə izləyən kiber təhlükəsizlik mütəxəssisləri tərəfindən təmin edilən fiziki məlumat emalı mərkəzlərinin, infrastrukturun və əməliyyatların çox mərhələli təhlükəsizliyidir.

“Microsoft”, sifarişçilərin rəqəmsal transformasıyasını aktiv şəkildə dəstəkləyir, müxtəlif biznes həllərinin qurulmasından, tətbiqindən və biznes proseslərin transformasiyasından başlayaraq işçilərə onların istifadəsini öyrətməyədək. “Microsoft”un IT mütəxəssisləri tərəfindən on illərdir ki, süni intellektin inkişafı üzərində işlər aparılır və artıq maliyyə qurumunun işini rəqəmsal mühitdə səmərəli şəkildə qurmağa və rəqabət qabiliyyətini artırmağa imkan verən güclü yoxlama və innovativ işləmələr hazırlanıb.

“Microsoft” şirkətinin eyni zamanda maliyyə sənayesi üçün kadr hazırlığı platforması var – bu ödənişsiz “Microsoft” “AI Business School” Süni İntellekt üzrə biznes məktəbidir, hansı ki, onlayn olaraq https://www.microsoft.com/en-us/ai/ai- business-school saytında fəaliyyət göstərir. Bu, Süni İntellektin köməyi ilə biznesin idarəetməsinin ən vacib məqamlarını nəzərə alan və biznes liderlərin təkmilləşdirilməsi üçün yaradılmış unikal bir proqramdır.

Şirkət haqqında:

“Microsoft” (Nasdaq “MSFT” @ microsoft) “ağıllı bulud” və “ağıllı texnologiyalar” dövründə rəqəmsal transformasiya üçün şərait yaradır. Şirkətin missiyası - planetdəki hər bir insana və təşkilata daha yüksək nəticələr nail olmağa imkan verməkdir.

Son xəbərlər

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

İsrail atəşkəs danışıqlarını bərpa edəcək

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb

Hakan Fidan: “Azərbaycan Qafqazın yeni doğan günəşidir”

Gürcüstan XİN başçısı: “Ümidvarıq ki, Azərbaycan və Ermənistan tez bir zamanda sülh sazişi imzalayacaqlar”

Türkiyə və Rusiya XİN başçılarının müavinləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib - YENİLƏNİB + FOTO

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər - FOTO

Paşinyan: “Azərbaycanla delimitasiya prosesi Tavuşdan başlaya bilər”

Dünya brendi Rusiyada böyük məbləğdə cərimələndi

Finlandiya limanlarında bütün yükdaşımaları dayandırıldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Onlarla şəxs saxlanıldı

Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etdilər - FOTO

Misirə silah arxasınca gedən Paşinyan məyus qayıtdığını etiraf etdi - FOTO

Ərdoğan Zelenski ilə görüşdü

Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi

Rusiyanın baş naziri Azərbaycana səfərə gəlib

Zaxarovadan Almaniyaya təhdid: “Vəziyyəti dəyişməsələr, nəticələr dəhşətli olacaq”

Bütün xəbərlər