Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və sifarişi ilə respublikanın “Dövlət Poçt İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ozarbayjon xalqining umummilliy lideri Haydar Aliyevning 100 yilligi” adlanan poçt markası buraxılıb.
Bu barədə Mədəniyyət Mərkəzindən bildirilib.
Üzərində ulu öndərin portreti əks olunan poçt markası 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq hazırlanıb.
“Ozarbayjon xalqining umummilliy lideri Haydar Aliyevning 100 yilligi” adlanan poçt markası xatirə üçün Azərbaycan və Özbəkistanın muzeylərinə, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndərilməklə yanaşı, Özbəkistanda daxili və beynəlxalq dövriyyəyə buraxılacaq.
Özbəkistanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir, mərkəz ulu öndərin zəngin irsinin təbliği məqsədi ilə bir sıra layihələr həyata keçirir.
Qeyd olunub ki, yaxın günlərdə özbək dilində ümummilli liderə həsr olunmuş nəşr işıq üzü görəcək, eyni zamanda ölkənin aparıcı universitetində Heydər Əliyev auditoriyasının açılışı nəzərdə tutulub.
Tarix
Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xatirə poçt markası buraxılıb
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət