Bu gün Şuşada latviyalı rəssam Daçe Strausanın “Qarabağ atları” adlı sərgisi açılıb.
“Report” xəbər verir ki, açılış mərasimində Azərbaycana rəsmi səfər edən Latviya baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks də iştirak edib.
“Nəinki Şuşada, həm də bu sərgidə olmağıma şadam. At dostluğun, azadlığın, müdrikliyin rəmzidir. Bu sərgi də Azərbaycanın Şuşaya qayıdışını, bu yerlərdə sülh və sabitliyin bərqərar olmasını göstərən əlamətdar hadisədir. Burada irimiqyaslı bərpa işlərinə də şahid oldum”, - deyə Latviya rəsmisi qeyd edib.
Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa deyib: “Bu gün latviyalı rəssam Daçe Strausanın məşhur olan Qarabağ atlarına həsr olunmuş sərgisini bir yerdə açırıq”.
Rəssamın özü də uzun vaxtdır Qarabağ haqqında düşündüyünü, buraya səfər etmək istədiyini deyib:
“Burada olmağıma çox şadam. Qarabağ atlarının möhtəşəmliyini göstərmək üçün onları bundan sonra da çəkəcəyəm. Bu at cinsinin mövcudluğu faktı da göstərir ki, Qarabağ Azərbaycandır!
Şuşada “Qarabağ atları” sərgisi açılıb
İdman
Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək
Siyasət
Ukrayna münaqişəsi ilə bağlı konsepsiya hazırlamışıq - Kuşner
İqtisadiyyat
Aİ Şurası Ukraynaya 45 milyard avro ayrılması ilə bağlı qərar qəbul edib
İqtisadiyyat
Tramp fond bazarındakı kəskin enişə görə demokratları günahlandırıb
Siyasət
Rusiya Zelenski ilə danışıqlar aparır? - Uşakov
İqtisadiyyat
İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman
Texnologiya
Qara dənizdə NATO kəşfiyyat təyyarələri...
Siyasət
Əli Əsədov Gürcüstanın baş nazirinin müavini ilə görüşüb
Hadisə
Yardımlıda 7 yaşlı uşaq çayda boğularaq öldü
Son xəbərlər
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - Foto
Siyasət
Burada Azərbaycanın mövqeyi nəzərə alınmalıdır - Bayramov
Hadisə
ABŞ-nin amfibiya-desant qruplaşması Yaxın Şərqə doğru irəliləyir
Tarix
İlham Əliyev 5 fərman imzaladı
Hadisə
Rusiyada qubernator saxlanıldı
Son xəbərlər