“Moskva-Bakı” portalı 22 iyun xatirə günü münasibətilə Azərbaycan neftçilərinin faşizm üzərində Qələbəyə verdikləri töhfələrdən bəhs edən “Bakının qəhrəmanlığı” sənədli filmini hazırlayıb.
Filmdə bildirilir ki, İkinci Dünya Müharibəsi illərində, əsas hərbi əməliyyatlar səhnəsindən uzaq olmasına baxmayaraq, Bakı müharibənin bütün ağrı və acısını yaşadı. Ölkəmiz var gücünü düşmənə qarşı mübarizəyə yönəltdi.
Azərbaycan Sovet Sosialist Respublikası 22 iyun 1941-ci ildə bütün Sovet İttifaqı ilə birlikdə Böyük Vətən müharibəsinə başladı. Alman komandanlığı Bakının neft yataqlarına xüsusi diqqət yetirirdi. Təsadüfi deyil ki, Qafqaz uğrunda döyüşlərin başlıca vəzifəsi kimi Bakı və şəhərin neft-qaz yataqları üzərində nəzarəti ələ keçirmək göstərilirdi.
1941-ci il məlumatlarına əsasən, cəmi 3,4 milyon nəfər əhalisi olan Azərbaycan SSR-dən cəbhəyə 10.000-i qadın olmaqla 681.000 nəfər çağırıldı ki, onların da 300 mini döyüş meydanlarında həlak oldu. Azərbaycandakı hərbi hissələrdə cəbhə üçün 15.000 tibb bacısı, 750 rabitəçi və 3000 sürücü hazırlandı.
Həmçinin, Azərbaycan SSR ərazisində 87 batalyon və 1123 özünümüdafiə dəstəsi, eləcə də 5 atıcı bölmə yaradıldı. Bununla yanaşı, Qırmızı Ordunun 8-ci diviziyasının əhəmiyyətli hissəsini də məhz azərbaycanlılar təşkil edirdi.
İkinci Dünya Müharibəsinin 1418 günü ərzində gecə-gündüz Bakı neftçiləri dayanmadan işləyirdilər. Onlar ön cəbhəni yanacaqla təmin etmək üçün arxa cəbhədə əsl fədakarlıq göstərirdilər.
Bu inanılmazı gerçəkləşdirənləri görmək üçün “Moskva-Bakı”nın çəkiliş qrupu paytaxtımıza gəlib. Filmdə dünya neft sənayesinin beşiyi sayılan yerləri görəcək, Azərbaycanın bu illəri necə yaşadığını xatırlayan Böyük Vətən müharibəsi şahidlərinin səmimi hekayələrini eşidəcəksiniz.
Tarix
Azərbaycan neftçilərinin hünər tarixi “Bakının qəhrəmanlığı” filmində - VİDEO
Tarix
Türkiyədə Azərbaycan Bulvarı açıldı - Ərdoğan
Siyasət
Ceyhun Bayramov Abbas Əraqçı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi
Son xəbərlər
Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər
Son xəbərlər
Prezident İlham Əliyev: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
Son xəbərlər
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Müsahibə
Prezident: "Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
Siyasət
Fransa Ermənistana 250 milyon avro kredit verir
Siyasət
Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi
Son xəbərlər
Prezident onlara müraciət ünvanladı
Son xəbərlər
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
İdman
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi - FOTO
Son xəbərlər
Rusiya Şimali Koreyadan daha 10 min hərbçi cəlb edir
Bölgə
İlham Əliyev üç rayona başçı təyin etdi
Siyasət
Zelenski qisas vəd etdi: Rusiya mütləq cavab verəcək
Siyasət