Xristianların hegomonluğuna son qoyan, III səlib yürüşündə qalib gələn — SƏLAHƏDDİN ƏYYUBİ AZƏRBAYCANDANDIR!
Əbülfəz Elçibəy: Bir gün Qahirə Universiteti Tarix fakültəsinin bir tələbəsi ilə tanış olduğumda: Tələbə: Hansı ölkədənsiniz?
Elçibəy: Azərbaycandan
Tələbə: Siz Səlahəddin Əyyubinin vətənindənsiniz! Mən Səlahəddin Əyyubi haqqında az oxumamışdım. Ancaq bu sözü yeni eşitmişdim və bir o qədər də çaşdım.
Elçibəy: Haradan bilirsiniz?
Tələbə: Səhər mən sizə mənbəni gətirərəm. Gətirdi də. Eni (indi qəti deyə bilmirəm) 25-30 sm, boyu 40-50 sm olan ayrıca bir əsər idi. Rəngli şəkillərlə görkəmli şəxslər ardıcıllığından ensiklopedik yayın idi, üzərində Səlahəddinin cəngavər geyimində rəsmi var idi. — Avropada Saladin adı ilə tanınan, yalnız Qüdsdə deyil, bütün Fələstin və Suriyada Xaçlıları darmadağın edib bu yerləri onlardan təmizləyən, Almaniya İmperatorunun, İngiltərə və Fransa krallarının liderliyi altında başlayan üçüncü səlib yürüşünə (1189-92) qarşı birləşmiş müsəlman ordularının başında dayanaraq Xaçlıların baş komandiri, bütün Avropanın qürur duyduğu İngiltərə Kralı aslan ürəkli Riçardı (1157-1199) Akka Qalasında diz çöktürərək əsir alan, bütün Avropanın «qəzəbinə gəlmiş» və hətta Dantenin «İlahi komediya» əsərində cəhənnəmdə təsvir edilən, Misirdə Əyyubilər sülaləsinin hakimiyyət əsasını 1177-ci ildə qoyan məğlub olmaz Komandir və Sultan Səlahəddin (1138-1193)! Tarixçi şagirdin mənə verdiyi əsərdə mənim üçün yeni olan bu idi ki, Sultan Səlahəddindən soruşmuşlar:
Deyirlər ki, siz kürdsünüz. Bu, doğrudurmu?
Sultan: Xeyr! Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Ez-zib tayfasındanıq. Birbaşa-doğruya, o zaman bunu oxuduqda bu məni çox həyəcana gətirmişdi. Bir şeyə hayıflanırdım ki, tarix qaynağı gösterilməmişdi. Sonralar Bakıda Aspirantura’da oxuyarkən və Universitetdə dərs verərkən də Səlahəddin haqqında araşdırmalarımın davam etdirdim və axtardığımı tapdım; araşdırmaçıların ən doğru saydığı resursların birində — tanınmış görkəmli alim İbn Hellikanın «görkəmli adamların ölüm tarixi» (vefayat əl-ayan) əsərində yazır:
«Şirkuh demişdir ki, bizim soykökümüz Göy Böri (boz qurd / göy qurd)-dir!».
Səlahəddinin atası Əyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçə’də geniş bir şəkildə yayılmış Göy boru, Qara boru, Boz boru tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır. Hal-hazırda da bu adları daşıyan yer, məhəllə, kənd, oba, dağ, tayfa və nəsillərə bu bölgələrdə tez-tez rast gəlinir.
Bu məsələnin — orta əsrlərdə qurd sözü ilə kürd sözünün ərəb əlifbası ile yazılışından uygunluğundan doğan qarışıqlığın başqa bir bənzəri Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı olmuşdur. Bu mövzuda Azərbaycan ədəbiyyat alimləri təkrar təkrar yazmışlar. Onların dediyini burada qeyd etməyi lazımlı sayıram. Belə ki, Nizami əsərlərinin birində «mənim qurd tinətli anam» yazmış, tədqiqatçılar bunu «mənim kürd əsilli anam» olaraq oxuyub, səhv təqdim etmişlər (orta çağda qurd sözü ilə kürd eyni şəkildə yazılardı).
Mənbə: Əbülfəz Elçibəy: Bütöv Azərbaycan Yolunda
Tarix
SƏLAHƏDDİN ƏYYUBİ AZƏRBAYCANDANDIR!
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman
Zidan Ronaldu barədə: "Onun sayəsində inanılmaz kuboklar qazandım"
Müsahibə
Putin bu türk ölkəsinə səfərə gedir
Son xəbərlər
Qalibaf ABŞ-nin İrana yeni təkliflər göndərdiyini açıqladı
Tarix
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
Siyasət
Merz qəfil Kiyevə gəldi
Tarix
Türkiyədə Azərbaycan Bulvarı açıldı - Ərdoğan
Siyasət
Ceyhun Bayramov Abbas Əraqçı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi
Son xəbərlər
Prezidentdən maaş və pensiyalarla bağlı şad xəbər
Son xəbərlər
Prezident İlham Əliyev: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
Son xəbərlər