Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının növbəti onlayn iclası keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in rəhbəri, akademik Rasim Əliquliyev, bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, təhsil, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, eləcə də həmkarlar, gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.

Gündəliyə əsasən, əvvəlcə AMEA-da elmi jurnalların vəziyyəti haqqında məruzə edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov diqqətə çatıdırıb ki, 2020-ci ildə “Web of Science” bazasına 12000-dən çox, “Scopus” bazasına isə 30891 jurnal daxil edilib. Alim qeyd edib ki, hər il bu beynəlxalq bazalar yenilənir, bəzi jurnallar daxil olur, bəziləri isə çıxarılır.

AMEA-nın müxbir üzvü Misir Mərdanov vurğulayıb ki, Azərbaycan Respublikasında dərc edilən elmi jurnallardan 8-i, o cümlədən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Azerbaijan Journal of Mathematics” və “Proceedings of the İnstitute of Mathematics and Mechanics” jurnalları “Web of Science” bazasına daxildir. Həmçinin “Scopus” bazasında da ölkəmizi səkkiz elmi jurnal təmsil edir.

Onun sözlərinə görə, “Web of Science” və “Scopus” bazalarında yer alan elmi jurnalların 2020-ci il üçün reytinq cədvəli hələlik açıqlanmasa da, 2019-cu ilin nəticələri göstərib ki, ölkəmiz “Scopus” siyahısında 231 ölkə arasında 92-ci, WOS-un siyahısında isə 153 ölkə arasında 90-cı yerdə olub.

Məruzə ətrafında aparılan müzakirələrdə akademiklər Əli Abbasov, Fikrət Əliyev, Arif Həşimov, Adil Qəribov, AMEA-nın müxbir üzvləri Vaqif İbrahimov, Ramiz Alıquliyev, Vəli Hüseynov, Oktay Qasımov çıxış edərək rəy və təkliflərini səsləndiriblər.

Akademik Rasim Əliquliyev vurğulayıb ki, son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə ölkəmizdə aparılan kompleks islahatlar Azərbaycan alimlərinin, o cümlədən AMEA-nın qarşısında bir sıra mühüm vəzifələr qoyur. Həmin vəzifələrin icrası elmi fəaliyyətin müasir dövrün çağırışlarına və milli maraqlara müvafiq həyata keçirilməsini, bu sahədə kompleks islahatların aparılmasını zəruri edir. Alim vurğulayıb ki, bu baxımdan Azərbaycan elminin dünya elminə inteqrasiyasının gücləndirilməsi, alimlərimizin nüfuzlu beynəlxalq elmi bazalara çıxışının təmin edilməsi, AMEA-da nəşr olunan elmi jurnalların keyfiyyətinin və səviyyəsinin yüksəldilməsi qarşıda duran mühüm hədəflərdəndir.

Elmi jurnalların keyfiyyətinin yüksəldilməsi və qarşıda duran problemlərin həlli ilə əlaqədar geniş müzakirədən sonra məsələ barədə AMEA-nın Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılmasına qərar verilib.

Daha sonra AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baza-sında Astronomiya İnstitutunun yaradılması məsələsi müzakirəyə çıxarılıb. Bu barədə çıxış edən ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında AMEA-nın Rəyasət Heyətinin 2021-ci il 8 yanvar tarixli qərarını xatırlatdı. Alim qeyd etdi ki, ölkəmizdə astronomiya elminin dünya standartlarına müvafiq səviyyədə inkişaf etdirilməsi, həmçinin astrofiziki müşahidələrin modern səviyyədə təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi, milli kadr hazırlığının keyfiyyətinin artırılması məqsədi ilə AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kadr və elmi-texniki bazası əsasında AMEA-nın Astronomiya İnstitutunun yaradılması məqsədəuyğundur.

Qeyd olunanları, həmçinin dövlətimizin kosmik sənayenin inkişafı ilə bağlı strateji maraqlarını, eləcə də kosmik fəzanın araşdırılmasılması üzrə bu və bir sıra digər məsələlərin əhəmiyyətini nəzərə alaraq, FRTEB-in Ümumi yığıncağı AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kadr və elmi-texniki bazası əsasında AMEA-nın Astronomiya İnstitutunun yaradılması barədə AMEA-nın Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılmasına qərar verib.

FRTEB-in və onun elmi müəssisələrinin veb-saytlarının monitorinqi haqqında məlumat verən vitse-prezidentin xidmətinin elmi katibi, dosent Hikmət Quliyev qeyd edib ki, AMEA-da elektron elmin inkişafı və elmin informasiya təminatının yüksəldilməsi, eləcə də elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin səmərəliliyinin artırılması məqsədilə FRTEB-in və elmi müəssisələrinin veb saytlarının monitorinqi aparılmışdır.

Onun sözlərinə görə, monitorinq çərçivəsində veb-saytlar dizayn, proqram təminatı, xəbərlərin dinamikası, informasiyanın dolğunluğu və aktuallığı daxil olmaqla bir sıra meyarlara əsasən təhlil edilib və qiymətləndirilib. H.Quliyev vurğulayıb ki, monitorinq nəticəsində ortaya çıxan qüsurlar və problemlər, bütövlükdə saytların yenidən işlənilməsini və bununla əlaqədar zəruri addımların atılmasını tələb edir.

Onlayn iclasda “Elmi Kadrlar” Milli İnformasiya Sisteminin formalaşdırılması və istismar vəziyyəti haqqında AMEA Rəyasət Heyəti aparatının Hüquq və Kadrlar idarəsinin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva məlumat verib. Məruzəçi qeyd edib ki, FRTEB-in elmi müəssisələrində çalışan 972 nəfər elmi əməkdaşın 810 nəfəri artıq “Elmi Kadrlar” Milli İnformasiya Sistemində qeydiyyat keçib.

D.Mirzəyeva AMEA-da elmi fəaliyyətlə məşğul olan kadrlar haqqında müvafiq məlumatların mütəmadi olaraq yenilənməsinin, eləcə də gələcəkdə bu sistemin ölkə səviyyəsində digər sistemlərə inteqrasiya olunması və vahid sistemin yaradılmasının zəruriliyini nəzərə alaraq, elmi müəssisələr üzrə məsul şəxslərə elmi-metodiki dəstək verilməsi ilə əlaqədar seminar-məşğələlərin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Daha sonra FRTEB-in Ümumi yığıncağında AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin 60 illik yubileyi ilə əlaqədar məsələ müzakirə edilib. Bu barədə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov yubilyarın informatika sahəsində nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda tanınan alim olduğunu vurğulamaqla, ona fəaliyyətində uğurlar azru edib. Akademik Cavad Abdinov qeyd edib ki, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 2020-ci ildə məqalə və istinadlarının sayına görə Stenford Universiteti tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu 2% aliminin reytinq siyahısına daxil edilib. Yubilyarın elmi fəaliyyəti və nəcib insani keyfiyyətləri haqqında FRTEB-in alimləri müsbət rəy və fikilərini bildirdikdən sonra, FRTEB-in Ümumi Yığıncağı alimin yubileyinin keçirilməsi barədə AMEA-nın Rəyasət Heyətinin qarşısında vəsatət qaldırmağı qərara alıb.

İclasda həmçinin “AMEA-nın Xəbərləri” jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının “İnformatika və idarəetmə problemləri” buraxılışının redaksiya heyətində dəyişiklik edilərək AMEA-nın müxbir üzvü Ağası Məlikovun adıçəkilən jurnalın baş redaktoru vəzifəsinə tövsiyə edilməsi haqqında müvafiq qərar qəbul olunub.

Onlayn iclasda bir sıra kadr məsələləri barədə də qərarlar qəbul edilib. Akademik Rasim Əliquliyevin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvləri – Misir Mərdanovun Riyaziyyat və Mexanika İnstitutunun, Namiq Cəlilovun AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə namizədlikləri irəli sürülüb.

Elmi şuranın üzvləri – akademiklər Cavad Abdinov, Əli Abbasov, Arif Həşimov, AMEA-nın müxbir üzvləri Vaqif Quliyev, Vəli Hüseynov çıxış edərək FRTEB-in üç elmi müəssisəsinin baş direktoru vəzifəsinə namizədlər haqqında rəy və fikirlərini diqqətə çatdırıblar.

Daha sonra onlayn iclasda keçirilən açıq səsverməyə əsasən, yekdilliklə akademik Rasim Əliquliyevin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvləri – Misir Mərdanovun AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun və Namiq Cəlilovun AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə təsdiq edilməsi barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması üçün müvafiq qərarlar qəbul edilib. FRTEB-in Ümumi Yığıncağı, həmçinin AMEA-nın müxbir üzvü Vəli Hüseynovun AMEA-nın Fizika İnstitutunun “Kosmik şüa mənbələri fizikası” laboratoriyasının rəhbəri vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edib.

Sonda bir sıra həlli vacib olan cari məsələlər müzakirə olunub, suallar cavablandırılıb.
AMEA-nın Astronomiya İnstitutu yaradılır - FOTO
AMEA-nın Astronomiya İnstitutu yaradılır - FOTO
AMEA-nın Astronomiya İnstitutu yaradılır - FOTO
AMEA-nın Astronomiya İnstitutu yaradılır - FOTO

Son xəbərlər

Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib

ABŞ və Britaniyanın maliyyə nazirləri arasında İranla bağlı QALMAQAL

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı

Trampdan İran açıqlaması: Buna imkan verməyəcəyik!

Sabirabadda “LevelUP” Karyera Forumu keçirilib.

Trampdan Konqresə: Müharibə bitdi

Sabirabadda Kür çayı məcrasından çıxdı - VİDEO

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi

ABŞ İran tankerini ələ keçirdi

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

İlk mərhələ başlayır: Ukrayna nə vaxt AB üzvü olacaq?

Porsche" "Bugatti" brendindən imtina edir

Prokurorluq 70 yaşlı icra başçısını yoxlayır

İsrail məni heç vaxt buna məcbur etməyib - Tramp

Prezidentdən bir sıra qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı FƏRMAN

Lukaşenko ABŞ ilə "böyük razılaşma"ya hazır olduğunu bildirib

İran hava məkanını qismən açdı

Donald Tramp Si Cinpinlə görüşünün tarixi xarakter daşıyacağına ümid edir

Putinin iqamətgahının ətrafına əlavə “Pantsir”lər quraşdırıldı

Səudiyyə Ərəbistanı "Şərq-Qərb" boru kəmərinin işini bərpa edib

İran əllərini tətikdən çəkməyəcək - Pezeşkian

Keşləni su basdı: Nazir müavini hadisə yerində - Video

SAXAL İranda 120 hədəfi atəşə tutub

ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirdi

Vilayət Eyvazov rəislərə tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

İslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər

Qurbanov ilk dəfə baş hakim kimi təyinat aldı

İran Hörmüzlə strateji qələbə qazandı

Ukrayna Pasxa atəşkəsinə hazırdır - Zelenski

Hakan Fidan Pakistan XİN başçısı ilə görüşdü

ABŞ əsgərlərini yandırmaq üçün gözləyirik - Qalibaf

İran İsrailin Modiin şəhərinə zərbələr endirdi

Bütün xəbərlər