Şuşada erməni kilsəsi olmayıb.

Bunu mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, Ermənistan mətbuatı mütəmadi olaraq saxta dəlillər gətirərək Şuşa şəhərində “erməni” kilsəsinin azərbaycanlılar tərəfindən “dağıdılacağı” barədə dezinformasiyalar yayır:

“Ermənilər belə bir şayiə yayırlar ki, guya Şuşa şəhərində “Qazançılar” adlandırılan kilsə 1722-ci ildə mövcud olmuş hansısa başqa bir kilsənin bünövrəsi üzərində Naxçıvanın Qazançı kəndindən gələn ermənilər tərəfindən inşa edilmişdir.
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR + FOTO

O zaman belə bir sual yaranır, əgər kilsə ermənilər tərəfindən tikilirdisə, niyə erməni qriqoryan kilsəsi memarlığı üslubunda tikilmirdi? Axı, əslində ermənilərin Cənubi Qafqaza gəlişi I Pyotrun 1724-cü ilin noyabrın 10-da rəsmiləşdirilən fərmanından sonra başlanmışdı. 1828-ci il Türkmənçay sülh müqaviləsinin nəticəsi olaraq 40 000 erməni, 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə Osmanlı İmperiyası ərazilərində yaşayan 90 000 erməni Azərbaycanın Naxçıvan, İrəvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırıldılar. Bu, onu deməyə əsas verir ki, o dövrə qədər Şuşada erməni kilsəsinin mövcudluğu mümkün deyildi. Bu və ya digər tarixi həqiqətlər ermənilərin yalan danışdıqlarını sübut edir”.
F.İsmayılov qeyd edib ki, Şuşa şəhərində keçən əsrin sonlarına qədər erməni kilsəsi mövcud olmayıb.

Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR + FOTO
Şuşada rus pravoslav kilsəsinin yaranma tarixindən danışan mütəxəssis əlavə edib ki, 1805-ci ildə Qarabağ xanlığını devirməyə nail olan çar hökuməti digər bölgələrimizlə bərabər öz mənzil qərargahını Şuşa şəhərində də yaratdı:
“O dövrdə Şuşa şəhərində xristian kilsəsi yox idi. Rus əsgərlərinin ibadəti üçün isə kilsənin yaradılmasına ehtiyac var idi. Müharibələr nəticəsində iqtisadi cəhətdən zəif olan Rusiyanın şəhərdə quruculuq işləri aparmağa imkanı yox idi. Odur ki, ordu rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rus əsgərlərinin ibadəti üçün şərait yaratdı. 1806-cı ildə ruslar tərəfindən divanxananın yanında zəng qülləsi tikilmişdir. Lakin zaman keçdikcə Qarabağ xanlığının divanxanası rus ordusu komandanlığı tərəfindən təmir edilərək kilsə stilinə uyğunlaşdırılırdı və sonrakı dövrlərdə daha iki kilsə inşa edildi. Zaman keçdikcə kilsələrin də xarici görkəmi dəyişdirildi”.
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR + FOTO
F.İsmayılov əlavə edib ki, Şuşa şəhərindəki Qazançı adlandırılan rus pravoslav kilsəsinin 1887-ci ildə belə inşa edildiyi barədə arxiv sənədləri mövcuddur. Sonrakı illərdə daha bir dəyişikliyə məruz qalan rus kilsəsi mahiyyət etibarı ilə rus pravoslav kilsə memarlığının bütün qaydalarını özündə qoruyub saxlamışdır. Belə ki, kilsənin mərkəzi hissəsindəki qübbə sökülərək bir neçə metr hündürləşdirildi. Formalardakı fərq müqayisə edilərkən bu memarlıq üslubunun erməni qriqoryan kilsəsinə məxsus olmadığı aydın şəkildə görünür.

Tədqiqatçı ekspertin bildirdiyinə görə, Qarabağda erməni kilsəsinin fəaliyyəti Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Parqev Martinosyanın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra başlamışdır. Bu fakt göstərir ki, Şuşada erməni qriqoryan kilsəsi olmayıb.

Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR + FOTO

“Dağlıq Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılıb və bəzilərindən yem anbarı kimi istifadə olunub. SSRİ Hökumətinin bu qərarından sonra Şuşadakı rus kilsələri də baxımsız və istifadəsiz qalıb. Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olub. 1989-cu ildə Qarabağda erməni yeparxiyasının yaradılması və Qarabağda yaşayan ermənilərin artan millətçilik tələbləri fonunda kilsələrin erməniləşdirilməsinə və aktiv olmayan kilsələrin belə işlək vəziyyətə gətirilməsi siyasəti aparıldı, bu məqsəd üçün xarici ölkələrdə yaşayan ermənilərin maddi imkanlarından istifadə olunmağa başlandı. Bu da nəticə etibarı ilə Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalı altına düşməsinə səbəb oldu”.

F.İsmayılov qeyd edib ki, Ermənistan hökuməti işğal etdiyi Azərbaycan ərazilərindəki xristian dövrü memarlıq abidələrini mənimsəməklə, bu torpaqları Ermənistana birləşdirib "Böyük Ermənistan" dövləti yaratmaq üçün çalışırdılar. Məhz bu səbəbdən də ermənilər bütün işğal altında saxladıqları ərazilərdəki kilsə və monastırların xarici görkəmini dəyişdirib erməni qriqoryan kilsələrinə çevirirdilər. Ermənilər Şuşadakı Qazançı rus kilsəsinin 1995-2000-ci ildə memarlıq quruluşunu dəyişdirərək erməni qriqoryan kilsəsinə çeviriblər
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR + FOTO
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR + FOTO
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR + FOTO
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR + FOTO
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR + FOTO
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR + FOTO

Son xəbərlər

Bakıdan Tiflisə qatarla neçəyə getmək mümkün olacaq?

Sadır Japarov Azərbaycana gəldi

Ümumdünya Şəhərsalma Forumunun bayraqqaldırma mərasimi keçirilib - FOTO - VİDEO

Xameneinin müşaviri bu ölkələrə xəbərdarlıq etdi

Fidan Bagiri ilə görüşdü

Ərdoğan Qazaxıstana getdi

Türkiyəyə çağırış: NATO-ya bənzər yeni ittifaq...

Bu raket nüvə başlığı ilə təchiz edilə bilər - Putin

Abadlaşan Hacıqabul – Yaşıllığın yeni siması

İranda alim EDAM EDİLDİ

Fransada hantavirusa ilk yoluxma halı qeydə alındı

Paşinyan Aİİ görüşündən imtina etdi

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Putin Zelenskini Moskvaya dəvət etdi

İlham Əliyev və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

ABŞ İranın silahlanmasına kömək edən 10 şirkət və şəxsə sanksiya tətbiq etdi

Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib

ABŞ və Britaniyanın maliyyə nazirləri arasında İranla bağlı QALMAQAL

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı

Trampdan İran açıqlaması: Buna imkan verməyəcəyik!

Sabirabadda “LevelUP” Karyera Forumu keçirilib.

Trampdan Konqresə: Müharibə bitdi

Sabirabadda Kür çayı məcrasından çıxdı - VİDEO

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi

ABŞ İran tankerini ələ keçirdi

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

İlk mərhələ başlayır: Ukrayna nə vaxt AB üzvü olacaq?

Porsche" "Bugatti" brendindən imtina edir

Prokurorluq 70 yaşlı icra başçısını yoxlayır

İsrail məni heç vaxt buna məcbur etməyib - Tramp

Prezidentdən bir sıra qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı FƏRMAN

Bütün xəbərlər