XVIII əsrin sonunda İbrahimxəlil xanın (1732-1806) əmri ilə yaradılan və xanlığın paytaxtı Pənahabadın (Şuşa şəhəri) yaxınlığında yerləşən Xankəndi adından da göründüyü kimi (Xanın kəndi) Qarabağ xanlarının istirahət iqamətgahı olub.

Bundan əlavə, xanın dünya şöhrətli Qarabağ atlarının saxlandığı tövlələri də Xankəndidə yerləşib.

Xankəndi XIX əsrin ortalarında Qarabağ xanlığının 1805-ci ildə Rusiya İmperiyasına birləşdirilməsindən, 1822-ci ildə xanlığın ləğvi və Rusiya vilayətinə çevrilməsindən sonra praktiki olaraq öz istirahət iqamətgahı dəyərini itirən kiçik bir kənd idi.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci illərdə buraya gələn əhalinin yerləşməsi üçün kənd sürətlə böyüyərək şəhərə çevrilməyə başladı.

Şəhərdəki simvolik binalarının əksəriyyəti 1950-ci illərdə inşa edildi. Bu illər həm də müxtəlif hadisələrlə zəngin idi.

1950-ci illər. Mərkəzi küçələrdən biri


Xankəndi şəhəri 1950-ci illərdə - FOTO

1950-ci illər. Mərkəzi meydan


Xankəndi şəhəri 1950-ci illərdə - FOTO



1950-ci illər. 1945-1946-cı illərdə tikilmiş üçmərtəbəli yaşayış binası


Xankəndi şəhəri 1950-ci illərdə - FOTO



1950-ci illər. Mərkəzi meydan



Xankəndi şəhəri 1950-ci illərdə - FOTO