Azərbaycanın xalq şairi Musa Yaqub vəfat edib.
O, uzun müddət davam edən xəstəlikdən sonra bu gün 83 yaşında dünyasını dəyişib.
Mərhum Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. O, ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub.
Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olub.
Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasının sədri olub. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub “Xalq şairi” fəxri adlarına layiq görülüb.
Şou Biznes
Xalq şairi Musa Yaqub vəfat etdi
Hadisə
Fars körfəzində gəmi naməlum raketlə vuruldu
Siyasət
ABŞ diplomatlarını Səudiyyə Ərəbistanından çıxarır
Siyasət
Mirziyayev TDT-yə yeni təkliflər verdi
Son xəbərlər
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Hadisə
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto
Son xəbərlər
İsrail Əyyaşı azadlığa buraxdı
İqtisadiyyat
Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - Foto
Siyasət
Ukraynanın kapitulyasiyası ABŞ-a baha başa gələcək
Siyasət
Bolsonaro özünü Braziliyanın seçilmiş prezidenti elan edib
Siyasət
Ukraynadan Rusiyaya Donetsklə bağlı təklif
Siyasət
TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar
Siyasət
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"
Son xəbərlər
İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"
Siyasət
Seçkinin ilkin nəticəsi: Netanyahu qalib gəlir...
Siyasət