Son xəbərlər
5.01.2019, 14:58
55 bıçaq zərbəsi ilə öldürülən Qənirənin cəsədi Azərbaycana göndərildi
Türkiyədə sevgilisi tərəfindən 55 bıçaq zərbəsi ilə öldürülən 24 yaşlı Qənirə Cabbarovanın cəsədi dəfn olunması üçün Azərbaycana göndərilib.
İnterxəbər.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun doğulduğu Gəncə şəhərində torpağa tapşırılacağı bildirilib.
Xatırladaq ki, yanvarın 3-də Qənirə 24 yaşlı sevgilisi Halil Acar ilə birlikdə Burdurun Karamanlı rayonundakı gecə klublarından birində əyləndikdən sonra evə getmək üçün taksiyə oturub.
Cütlük taksidə mübahisə edib və Tefenni-Çavdır avtomagistralında taksidən düşüblər. Bir müddət sonra davaya çevrilən mübahisə zamanı Halil sevgilisinə 55 bıçaq zərbəsi vurub. Halil Acar qəsdən adam öldürmə maddəsi ilə ittiham edilərək, həbs olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay