Piyləri əridən möcüzəli meyvə suyu
Nar qış aylarında arıqlamağa kömək edən möcüzəli meyvədir. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir çox müalicəvi əhəmiyyəti olan nar, həm də piylərin ərinməsinə səbəb olur.
Ağdəniz universitetinin tibb fakültəsinin farmakoloji şöbəsinin professoru Coşkun Usta bildirib ki, nar əvvəllər daha çox ishal və ağız yaralarında dərman kimi istifadə olunsa da, hazırda bir çox əhəmiyyətli təsirə malik olduğu araşdırmalarla təsdiqlənib.
Nar xərçəng xəstəliyi başda olmaqla, ürək və damar xəstəliklərində də yararlı əhəmiyyətə malikdir. Nar damar sərtliyini aradan qaldırmaq üçün təsirli vasitədir, şəkər xəstəliyində geniş istifadə olunmalıdır. Bütün bunlardan əlavə, nar suyu kişilərdə sprema miqdarının artmasına da səbəb olur.
Nar suyunun digər bir faydası isə tərkibindəki antioksidantlar sayəsində dərini cavanlaşdırmasıdır.
Xərçəngi önləyən, ürəyin dostu olan nar suyunun faydalarına bir yenisi daha əlavə olunub. Belə ki, nar suyu bədəndəki artıq yağların əriməsinə də səbəb olur. Alimlər nar suyu içənlərin qan təzyiqinin düşdüyünü və buna bağlı olaraq da infarkt, iflic və böyrək xəstəliyi risklərinin də azaldığını vurğulayıblar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay