Qeyri-sabit hava şəraiti avqustun 30-dək davam edəcək, küləyin sürəti 20-23 m/s-dək güclənəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.
Onun sözlərinə görə, avqust ayının 29-u gecə saatlarında Bakıda və Abşeron yarımadasında, həmçinin bölgələrdə isə Daşkəsən, Gədəbəy, Goranboy, Gəncə və Böyük Qafqazın bəzi ərazilərində qeyri-sabit hava şəraiti müşahidə olunub:
“Belə ki, şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Bu gün günorta saatlarında Goranboy rayonunun bəzi kəndlərinə yağan intensiv leysan yağışları nəticəsində yamaclardan daxil olan yağış suları Gorançayın aşağı axınında sel əmələ gətirib.
Bu gün axşam saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı, bəzi yerlərdə isə leysan xarakterli yağış yağacağı, yarımadanın bəzi yerlərində şimal-qərb küləyinin 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Bölgələrdə isə avqust ayının 30-dək qeyri-sabit hava şəraiti davam edəcək. Belə ki, yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacağı gözlənilir. Həmçinin şimal-şərq küləyi bəzi yerlərdə 20-25 m/s-dək güclənəcək. Gözlənilən intensiv leysan yağışları ilə əlaqədar respublikanın dağ çaylarında, Böyük Qafqaz, Kiçik Qafqaz, eyni zamanda Lənkəran, Astara bölgəsi, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun ərazisindən axan bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır”.
Son xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA
Son xəbərlər
Bank iflas etdiyi üçün ölkə prezidenti istefa verdi
Tarix
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət
Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər
Siyasət
İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...
Hadisə
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
Texnologiya
Prezident qanun imzaladı
İqtisadiyyat
Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq ediləcək
Siyasət
Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan
Tarix
Müharibə Qəhrəmanına general rütbəsi verildi
Siyasət
Estoniya xarici işlər naziri Bakıya gəlir
Siyasət
İsraildə seçkinin nəticələri təsdiqləndi: Netanyahunun hökumət qurmaq üçün səsləri çatmır
Mədəniyyət
Zelenski Melaniya Trampı təltif etdi
Son xəbərlər
Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə