Belarus ordusunun bölmələri NATO ölkələri ilə sərhədlərin yaxınlığında təlimlər keçirəcəklər.
Onları “Vaqner” özəl hərbi şirkətinin muzdluları təlimatlandıracaqlar.
Bu barədə Britaniya Müdafiə Nazirliyi “X” hesabında məlumat verib.
Qeyd edilib ki, Belarus Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, 6-cı Əlahiddə Qvardiya Mexanikiləşdirilmiş Briqadası Belarusun şimal-qərbində, Polşa-Litva sərhədi yaxınlığındakı Qrodno rayonunda təlimlər keçirəcək. Təlimlər Rusiya hərbçilərinin Ukraynada əldə etdikləri təcrübələrini paylaşmaları üçün təşkil olunub.
“Vaqner” qrupundan az sayda məsləhətçinin Belarus qoşunlarına təlimatçı kimi qoşulması gözlənilir”, - deyə məlumatda qeyd edilib.
Britaniya kəşfiyyatının məlumatına görə, xüsusi təlimlər, çox güman ki, Belarus hərbçilərinin müntəzəm təlim cədvəlinin bir hissəsidir. 6-cı Əlahiddə Qvardiya Mexanikiləşdirilmiş Briqadasının baza qarnizonu Qrodnoda yerləşir və çətin ki, hazırkı təlimlər döyüş hazırlığı ilə bağlı olsun.
“Lakin demək olar ki, mütləq şəkildə Rusiya Belarus qüvvələrini NATO-ya qarşı mövqe tutublarmış kimi nümayiş etdirməyə çalışır”, - deyə Britaniya Müdafiə Nazirliyi vurğulayıb.
Mənbə: RBC-Ukrayna
Son xəbərlər
“Vaqner” muzdluları NATO sərhədlərində Belarus ordusuna qoşulacaqlar
Siyasət
Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər
Siyasət
İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...
Hadisə
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
Texnologiya
Prezident qanun imzaladı
İqtisadiyyat
Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq ediləcək
Siyasət
Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan
Tarix
Müharibə Qəhrəmanına general rütbəsi verildi
Siyasət
Estoniya xarici işlər naziri Bakıya gəlir
Siyasət
İsraildə seçkinin nəticələri təsdiqləndi: Netanyahunun hökumət qurmaq üçün səsləri çatmır
Mədəniyyət
Zelenski Melaniya Trampı təltif etdi
Son xəbərlər
Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Siyasət
Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır
İqtisadiyyat