“Hamı başa düşür ki, Azərbaycan və Ermənistan arasında sülhə alternativ yoxdur və sülhə nail olmağın ən yaxşı yolu insanların qarşılıqlı əlaqəsi üçün imkanlar açmaq, ümumi yol çəkməkdir”.
Bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk yerli mətbuata verdiyi müsahibədə deyib.
Aleksey Overçuk söyləyib ki, baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupu özünəməxsus münasibətlər formatı işləyib-hazırlayıb:
“Bizim səviyyəmizdə sənəd layihəsi formalaşdırılıb və demək olar ki, tam razılaşdırılıb”.
Rusiya baş nazirinin müavini fikrinin davamında qeyd edib ki, regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası ilə başlayacaq və bu, tərəflərin suverenliyinə hörmət əsasında əsas yanaşmaları müəyyənləşdirir:
“Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri onların ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yola münasibətdə istər Azərbaycanda, istərsə də Ermənistanda yerli qanunvericilik tətbiq olunacaq”.
A.Overçuk sonda vurğulayıb ki, Azərbaycan öz qərb rayonları ilə Naxçıvan arasında ən qısa zamanda birbaşa və rahat nəqliyyat əlaqəsi yaratmağa çalışır.
“Bundan əlavə, dəmir yolunun İran və Türkiyəyə doğru uzanacağı göz qabağındadır ki, bu da onu Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevirəcək”, - Rusiya baş nazirinin müavini əlavə edib.
Mənbə: TASS
Son xəbərlər
Overçuk: “Azərbaycan ən qısa zamanda Naxçıvanla birbaşa və rahat nəqliyyat əlaqəsi yaratmağa çalışır”
Son xəbərlər
Sürücülərə xəbərdarlıq: Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Son xəbərlər
Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı
Siyasət
Peskov: "Rusiya məqsədinə güc yolu ilə nail olacaq"
Siyasət
Bayden Putindən yazdı: Yeniyetmə kimi laqeydlik edirdi
Son xəbərlər
Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - 16.11.2026
Tarix
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Müsahibə
Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı
Siyasət
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Siyasət
Körfəz ölkələri İrandan hücumlara görə kompensasiya tələb edib
Son xəbərlər
Kreml Avropanın danışıqlar qrupuna şərt qoyub?
Siyasət
ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski şərti açıqladı
Siyasət
Paşinyan: Ermənistan və Türkiyə münasibətlərin tam normallaşmasına yaxındır
Son xəbərlər
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Texnologiya
Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
Hadisə