Türkiyənin Antalya vilayətində zəlzələ baş verib.

Bu barədə AFAD-ın rəsmi tvitter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Döşemealtı rayonunda 7 kilometr dərinlikdə baş verən yeraltı təkanlar 4.1 ballıq maqnituda ilə qiymətləndirilib.

Zəlzələ nəticəsində itki və dağıntılar barədə məlumat verilməyib.