Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək.
“Report”un tədbirə ezam olunmuş əməkdaşının xəbərinə görə, Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadir Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri Şimali Kıprız Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.
Ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan Şimali Kıprız Türk Respublikası zirvə görüşündə ilk dəfə iştirak edəcək.
Fevralın 6-da Türkiyədə yaşanan böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, gündəmdə olan ortaq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Ərdoğanın Zirvə Görüşü çərçivəsində həmkarları ilə də ikitərəfli görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Zirvə Görüşündən sonra mətbuat konfransı keçiriləcək.
Onu da əlavə edək ki, bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının da iclası keçiriləcək.
Son xəbərlər
Bu gün Ankarada TDT Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək
Son xəbərlər
Bank iflas etdiyi üçün ölkə prezidenti istefa verdi
Tarix
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət
Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər
Siyasət
İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...
Hadisə
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
Texnologiya
Prezident qanun imzaladı
İqtisadiyyat
Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq ediləcək
Siyasət
Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan
Tarix
Müharibə Qəhrəmanına general rütbəsi verildi
Siyasət
Estoniya xarici işlər naziri Bakıya gəlir
Siyasət
İsraildə seçkinin nəticələri təsdiqləndi: Netanyahunun hökumət qurmaq üçün səsləri çatmır
Mədəniyyət
Zelenski Melaniya Trampı təltif etdi
Son xəbərlər
Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə