Malayziyanın nüfuzlu “New Straits Times” qəzetində “Azərbaycanın səbrini sınamaq regional sülh üçün səmərəli deyil” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin konsulu Elsevər Salmanovun müəllifi olduğu məqalədə Azərbaycanın müxtəlif qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən davam edən etiraz aksiyalarının səbəblərinə aydınlıq gətirilərək, ölkəmizin sülh təklifləri, xoşməramlı və humanitar xarakterli təşəbbüslərinin cavabsız qoyulması, əksinə, 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın işğal altındakı ərazilərinin qeyri-qanuni istismarının hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə də davam etdirilməsi cəhdləri diqqətə çatdırılıb. Məqalədə Azərbaycanın Qarabağ bölgəsində sayı təxminən 20 min olan erməni azlığın kimlərin əlində əsir tutulduğu faktına aydınlıq gətirilib.
Azərbaycan QHT-lərinin Laçın-Xankəndi yolundakı aksiyalarının heç kim üçün qəti surətdə blokada şəraiti yaratmadığı bildirilərək, Ruben Vardanyan və Arayik Arutyunyan kimi cinayətkar şəxslərin qeyri-qanuni hərəkətlərinə qarşı Azərbaycanın səbrinin sonsuz olmadığı qeyd edilib. Bildirilib ki, Azərbaycan Respublikası ərazisində yaşayan erməni azlığın blokadaya salınması iddiası tamamilə yalandır və bu iddia Qarabağ iqtisadi rayonundakı cinayətkar qruplaşmaların öz əməllərinin üzərini örtmək məqsədi daşıyır.
Müəllif məqalədə xüsusi olaraq vurğulayıb ki, Azərbaycan öz ərazisində onun nəzarətindən kənarda qalmış bir regionun yaradılmasına əsla icazə verməyəcək.
Son xəbərlər
“New Straits Times”: “Azərbaycanın səbrini sınamaq regional sülh üçün səmərəli deyil”
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat