Dünəndən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib. Prosesə ilkin mərhələdə 11 min ibtidai sinif müəllimi cəlb edilib.
Sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahani mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını toplayanların maaşına isə 10 faiz aylıq əlavələr ediləcək. Proses 30 avqust - 1 sentyabr tarixlərini əhatə edəcək.
Sertifikatlaşdırma prosesinə ilkin mərhələdə ibtidai sinif müəllimləri cəlb edilib. Test imtahanı mərhələsində namizədlərə 60 sual təqdim olunur. Hər bir düz cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düz cavablara təsir etmir. Cavablandırılmayan suallar isə sıfır bal kimi qeyd olunur. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə minimum 20 bal toplayan namizədlər sertifikatlaşdırılmış hesab ediləcək.
İmtahanda iştirak edən müəllimlər sualların çətin olmadığını bildiriblər.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Xəzər Xəbər"ə deyib ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşlarına təsir edəcək.
Hər il təxminən 35 min müəllimin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub və 2026-cı ilə qədər bütün müəllimlər prosesdən keçəcək. İlk mərhələdə uğur qazanmayan müəllimlərə 1 il sonra təkrar sertifikatlaşdırmada iştirak imkanı yaradılacaq. Təkrar sertifikatlaşdırmada iştirak edənədək həmin müəllimlərin dərs yükü və maaşları azaldılmayacaq.
Son xəbərlər
ŞAD XƏBƏR: Bu şəxslərin maaşı 35 faiz ARTACAQ - VİDEO
Son xəbərlər
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər
Moskvaya hücum: İki PUA vuruldu
İdman
Azərbaycan boksçusu Avropa çempionu oldu
Siyasət
Makronun reytinqi tarixi antirekordu yenilədi
İqtisadiyyat
Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
Siyasət
Rusiyaya qarşı ən böyük sanksiyalar paketi təsdiqlənəcək
Son xəbərlər
ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib
Son xəbərlər
Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
Bölgə
Kəlbəcərə qar yağdı, Yardımlıya dolu düşdü
Son xəbərlər