Bakıda Azərbaycan diplomatik xidmət orqanlarının rəhbərlərinin iclası keçirilir.

Bu barədə Xarici İşlər Nazirliyinin Tvitter hesabında paylaşım edilib.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev iştirak edirlər.