Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyləri açıqlanıb.

Ekspertiza rəylərində göstərilib ki, Vilyam Hacıyevin rəhbərliyi dövründə İmişli rayonundakı uşaq bağçasına ayrılan 5 min manatlıq avadanlıq təhvil verilməyib.

Bundan başqa, İmişli Rayon Mənzil İstismar İdarəsinə, Rayon Mərkəzi Xəstəxanasına, uşaq bağçaları, orta məktəblər və digər obyektlərə ayrılan vəsaitlərin bir qismi təyinatı üzrə xərclənməyib.

Prosesdə Vilyam Hacıyevin vəkili yoxlama aktına əsasən hazırlanmış ekspertiza rəylərinə etiraz edib. Vəkil məhkəməyə sənəd təqdim edərək bildirib ki, ekspertin əsaslandığı yoxlama aktı icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev tərəfindən hazırlanıb.

“Yoxlama aktında nə varsa, ekspert də onu köçürüb. Ekspertin özünün fikri olmayıb, heç nəyə də baxmayıb. Çox qəribə olsa da, yoxlama aktını tərtib edən icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevdir. Həmin Cəmil Musayev ki, burada ifadə verən əksər şahidlər ona rüşvət verdiklərini deyiblər. Yoxlama aktı seçmə üsulu ilə aparılıb. Obyektin birinə baxıb, digərlərini də ona uyğun tərtib ediblər.

2017-ci ildən 2020-ci ilə qədər iki ekspertiza rəyi var. Onlardan birində 5 milyon 684 min, digərində 4 milyon 786 min məbləğ göstərilib. Yoxlama seçmə üsulu ilə aparılıb, obyektlər bir-bir araşdırılmayıb”, - vəkil bildirib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevin məhkəməyə çağırılmasını istəyib.

Hakim bildirib ki, ekspert rəyləri elan olunub və növbəti mərhələdə sənədlərin tədqiqinə başlanacaq.

Vəkil bildirib ki, Vilyam Hacıyevin səhhətində problemlər yaranıb: “Müvəkkilimin səhhətində ciddi problemlər yaranıb. Hazırda onun səhhəti təcridxana qalmağa imkan vermir. Xahiş edirik, onun müalicə müəssisəsinə yerləşdirilməsinə köməklik edəsiniz”.

Hakim bildirib ki, bununla bağlı onlar Penitensiar Xidmətinə yazılı müraciət olunmalıdır.

Vəkil bildirib ki, Bakıda keçirilən beynəlxalq tədbirlə bağlı yollarda problem yaranır:

“Məhkəməyə gəlib getmək olmur. Buna görə də məhkəmə prosesi tədbir başa çatana qədər təxirə salınsın”.

Növbəti məhkəmə prosesi iyunun 10-na təyin edilib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Son xəbərlər

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Nikol Paşinyan İlham Əliyevə zəng edib

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Bütün xəbərlər