Xəzərdə “Şah Dili” burnu yaxınlığında üç nəfər xilas edilib - FOTO
Taxta qayıqla dənizə çıxmış üç nəfər köməksiz vəziyyətdə qalıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Zirə istiqamətindən dənizə çıxmış və sahildən 10 km məsafədə köməksiz vəziyyətdə qalmış qayığın 3 nəfər heyətinin xilas edilməsi üçün müraciət edildiyi barədə məlumat daxil olmuşdur.
Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Xəzər dənizinin mərkəzi hissəsində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən “Şah Dili” burnu istiqamətində sahildən təxminən 7 km məsafədə 3 nəfər heyət üzvü olan taxta qayıq aşkarlanıb.
Üzmə vasitəsinin heyəti gəminin göyərtəsinə təxliyyə olunaraq ilkin tibbi yardım göstərilib, qayıq isə yedəyə alınaraq sahilə çıxarılıb. Xilas edilmiş şəxslərin Bakı şəhər sakinləri 1996-cı il təvəllüdlü Zeynalov Elnur Sürəddin oğlu, 1989-cu il təvəllüdlü Məhərrəmov Rəşid Fikrət oğlu və 1992-ci il təvəllüdlü Fətullayev Rüfət Rauf oğlu olmaları müəyyənləşdirilib.
Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə tədbirlərinin həyata keçirilməsi fəaliyyətləri davam etdirilir.
Son xəbərlər
Xəzərdə “Şah Dili” burnu yaxınlığında üç nəfər xilas edilib - FOTO
Son xəbərlər
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
Siyasət
Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb
Tarix
İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi
Siyasət
İran Britaniyanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terrorçu təşkilat elan etdi
Siyasət
Dövlət Baxçalı Azərbaycana dəvət olundu
Siyasət
Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olundu
Siyasət
Türkiyə bizə bu təklifi çatdırdı - Rubio
Son xəbərlər
Almaniyanın 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
Hadisə
Rusiya Ukrayna üçün yük daşıyan gəmini vurdu
İdman
Hər kəs Bakıda buna aşiq oldu - Venger
İqtisadiyyat
Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək
Son xəbərlər
İordaniya Suriyadan ölkəyə keçməyə çalışan silahlı qrupun qarşısını alıb
Siyasət
Yunan general Türkiyəni hədələdi: "Ehtiyac yaranarsa, yerindəcə cavab verəcəyik"
Müsahibə
Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu
Hadisə