Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Mətində deyilir:
"Hörmətli həmvətənlər!
Sizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında müsəlmanlar Haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Ulu Yaradana yaxınlığın sevincini yaşayırlar.
Bəşər mədəniyyətinin möhtəşəm mərhələsini təşkil edən İslam sivilizasiyası xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi İslam adət-ənənələri və mənəvi-əxlaqi dəyərləri Azərbaycanda hər zaman uca tutulmuşdur. İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri kimi Azərbaycan dünya mədəniyyətinə və elmi-fəlsəfi fikrinin inkişafına misilsiz töhfələr bəxş etmişdir.
Əziz bacı və qardaşlarım!
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsini bu mübarək bayram günlərində dərin ehtiramla yad edirik. Xalqımız şəhidlərimizin şərəfli adını heç zaman unutmayacaq, onların ailələri və qazilərimiz dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunacaqdır. Əminəm ki, ölkəmizin rifahı, firavanlığı üçün edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə ovqatı və Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu daha da gücləndirəcək, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcək.
Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!".
İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İqtisadiyyat
Azərbaycanda yükdaşıma ilə bağlı yeni cərimə
Hadisə
ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib
Son xəbərlər
Nəsimi Musayevin həbs müddəti uzadıldı
İdman
Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək
Siyasət
Ukrayna münaqişəsi ilə bağlı konsepsiya hazırlamışıq - Kuşner
İqtisadiyyat
Aİ Şurası Ukraynaya 45 milyard avro ayrılması ilə bağlı qərar qəbul edib
İqtisadiyyat
Tramp fond bazarındakı kəskin enişə görə demokratları günahlandırıb
Siyasət
Rusiya Zelenski ilə danışıqlar aparır? - Uşakov
İqtisadiyyat
İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman
Texnologiya
Qara dənizdə NATO kəşfiyyat təyyarələri...
Siyasət
Əli Əsədov Gürcüstanın baş nazirinin müavini ilə görüşüb
Hadisə
Yardımlıda 7 yaşlı uşaq çayda boğularaq öldü
Son xəbərlər
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - Foto
Siyasət
Burada Azərbaycanın mövqeyi nəzərə alınmalıdır - Bayramov
Hadisə