Prezident İlham Əliyevin vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidməri göstərilməsinə dair tapşırığına uyğun olaraq bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar Türkiyənin “BMC Otomativ Sənaye Ticarət” şirkətinin istehsalıdır. Avtobuslara sınaq baxışı keçirilməsi məqsədi ilə BNA-nın nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib. Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli adı çəkilən şirkətin baş icraçı direktoru Murad Yalçıntaşla görüşüb.Görüşdə avtobusların texniki parametrləri, çatdırılma prosesi və digər vacib məsələlər müzakirə edilib. Bildirilib ki, sınaq baxışından sonra avtobusların ilk hissəsinin istehsalına başlanılacaq. Çatdırılma prosesinə isə qarşıdakı aylarda start veriləcək və mərhələli qaydada icra ediləcək.
Görüşdə birgə əməkdaşlıqdan məmnunluq ifadə olunub. Diqqətə çatdırılıb ki, Bakıda avtobus parkının yenilənməsi daim dövlətin diqqət mərkəzindədir. Son 5 ildə ölkə başçısının tapşırıqlarına uyğun olaraq 724 ədəd orta və iri tutumlu avtobuslar alınaraq, marşrut şəbəkəsində istismara buraxılıb ki, onların da 415 ədədi BMC şirkətinin istehsalıdır. Yeni avtobusların alınması ilə bu rəqəm 735-ə yüksələcək. Qeyd olunanları nəzərə alaraq gələcəkdə BMC markalı avtobusların ehtiyyat hissələrinin ölkəmizdə istehsalının mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb.
Görüşdən sonra istehsal müəssisəsində yeni avtobuslara sınaq baxışı keçirilib. Avtobusların texniki göstəriciləri və digər parametrlərlə bağlı ətraflı məlumat verilib.9 metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri göstərməyə və ətraf qəsəbələrin ictimai nəqliyyata əlçatanlığının artırılmasına imkan verəcək. Neocity 9 metrlik avtobuslar geniş manevr imkanlarına malikdir və nisbətən ensiz və dar yollarda rahat hərəkət edir. Avtobusun ümumi sərnişin tutumu 72 nəfərdir və fiziki imkanları məhdud şəxslər üçün əlçatandır. Yeni avtobuslar da Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir. Bu da öz növbəsində dövlət başçısının ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması ilə bağlı həyata keçirdiyi siyasətə uyğundur.
Ölkə başçısının xüsusi diqqət və qayğısı ilə Bakı şəhərində avtobus parkının yenilənməsi nəticəsində hazırda gündəlik orta hesabla 630 mindən çox sərnişin rahat daşınır. Sərnişindaşımalara yatırılan sərmayə və düzgün yanaşma sayəsində həmçinin ötən beş ildə paytaxtımızda keçirilən mötəbər beynəlxalq tədbirlərin nəqliyyat əməliyyatlarının uğurlu icrası, elektrik kəsintisi və digər fövqəladə hallar, eləcə də davam etməkdə olan pandemiyada ictimai nəqliyyatın dayanaqlılığı tam təmin olunub.
Son xəbərlər
Bu il Bakıya gətiriləcək 320 sərnişin avtobusunun istehsalına başlanılır
Texnologiya
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
Siyasət
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
Tarix
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Siyasət
İranın 38 körpüsünü bir saat içində dağıda bilərik - Tramp
Siyasət
İlham Əliyev Kamboca Kralını təbrik etdi
İqtisadiyyat
Antalyada COP31 başladı
Son xəbərlər
İlham Əliyev COP31-də iştirak edəcək
Mədəniyyət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı yayım
Siyasət
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
Son xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto
Tarix
İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Video
Tarix
XİN-dən Zəfər Günü ilə bağlı paylaşım: Milli iradə
Bölgə