Vətən müharibəsinin qazisinin azyaşlı övladının meyiti Baku Medical Plazada girov saxlanıb. Klinika dünyasını dəyişən uşağın cansız bədənini ailəsinə təhvil verməkdən imtina edib. Buna səbəb yerdə qalan borcu da ödəməyi tələb etmələri olub. Bu haqda jurnalist Əli Rais yazıb ki, iki ay öncə Abbas üçün hesab açılıb, müalicəsi üçün yardım kampaniyası təşkil edilib. Onun sözlərinə görə, Abbasa ilik köçürülməli idi: “Atası 44 günlük Vətən savaşının iştirakçısı idi və oğlunun durumundan xəbərsiz idi. Donor kimi onun gəlməsi lazım idi. Abbasin atası müharibədən sonra analiz üçün 5 günlük məzuniyyətə buraxıldı. Lakin həkimlər dedilər ki, ata donor kimi yaramır. Tibbi göstəricilər uyğun deyil. Kampaniya çərçivəsində qısa zamanda 32 min manatdan yuxarı vəsait yığıldı. Lakin aparılan yanlış müalicə, doğru olmayan qərarlar nəticəsində uşaq ötən həftə komaya düşdü. 3 gün Baku Medikal Plazada qaldı. Bu 3 günün içində Baku Medikal Plaza uşağın valideynlərindən 32 min manat aldı. 3-cü günü uşağın öldüyünü dedilər. Lakin meyiti vermədilər. Bildirdilər ki, 900 manat borcları var. Onu da ödəməlidirlər. Valideynləri son 500 manatlarını xəstəxanaya ödəyib, çətinliklə də olsa uşağın nəşini ala biliblər. 3 gün ərzində xəstəxana bu qədər pulu nəyə xərclədi? Xərclədisə niyə uşaq yaxşılaşmaq əvəzinə həyatını itirdi? Abbasa yardım edənlər sağ olsunlar. Qansızlıq edənlər də cəzalarını almalıdır”. ( mənbə: reportyorinfo)
Son xəbərlər
Baku Medical plaza özbaşnalıq edir.
Son xəbərlər
Bakının bu ərazisində torpaq kəskin bahalaşdı
Müsahibə
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
Siyasət
Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır
İqtisadiyyat
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Texnologiya
WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
İdman
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
Siyasət
İran xəbərdarlıq etdi: Avropaya zərbə endiriləcək!
İqtisadiyyat
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Son xəbərlər
Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi
Siyasət
Paşinyan: "Müxalifətin zaminlərin himayəsi altında fəaliyyəti siyasi fəlakətlə nəticələnəcək
Siyasət
Çində məmurların əmlakları üzərində nəzarət gücləndiriləcək
Siyasət
Tramp Netanyahu ilə razılaşmadı: İrana hücum...
Siyasət
İsveç xüsusi təyinatlıları rus gəmisini ələ keçirdilər
Siyasət
Vuçiç uduzdu, Serbiyada həbslər başladı
Son xəbərlər