Son xəbərlər
1.09.2020, 05:02
Daha bir ölkədə koronavirus mutasiyaya uğrayıb
İndoneziyada yoluxanların təxminən 40%-də mütasiyaya uğramış koronavirus aşkar edilib.
“The Star” xəbər verir ki, yerli alimlər ölkədə koronavirusun elmi dairələrdə “D614G Mutasiyası” adlandırılan yeni növünü kəşf ediblər.
Bildirilir ki, daha dəqiq görüntü əldə etmək üçün əlavə araşdırmalar aparılır.
Qeyd edilir ki, mutasiyaya uğraması virusun ötürülməsini daha da sürətləndirib. Eyni zamanda, bu halda xəstəliyin daha ağır keçməsi barədə elmi sübutlar öz təsdiqini tapmayıb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri əvvəllər mutasiyanın fevral ayında Avropa, Meksika, Braziliya və Çinin Uhan şəhərində erkən nümunələrdə aşkar edildiyini bildirmişdilər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay