Belarus ərazisində Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutub.

"Rusiyaya səkkiz, Ukraynaya isə yeddi nəfər yola düşüb. Humanitar mübadilə Belarus-Ukrayna sərhədindəki "Novaya Quta" buraxılış məntəqəsində həyata keçirilib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, mübadilə edilən şəxslər arasında təqaüdçülər və əlilliyi olan şəxslər də var.