“Üçtərəfli görüş çərçivəsində müxtəlif istiqamətlərdə məsələlər müzakirə edilib. İkitərəfli müstəvidə də Gürcüstan, Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq və nümunəvi əlaqələr mövcuddur”.
APA xəbər verir ki, bunu Gürcüstan XİN başçısı İlya Darçiaşvili bu gün Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair brifinq zamanı deyib.
“Bu iki ölkə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. Siyasi, iqtisadi, ticari, müdafiə, mədəniyyət, nəqliyyat, enerji sahələrində əməkdaşlıqlar müzakirə edildi. Təbii ki, biz regionda gedən proseslərə və bu çağırışların öhdəsindən gəlmək üçün birgə səylərimizə xüsusi diqqət yetirdik”, - nazir bildirib.
İlya Darçiaşvili Gürcüstanın Cənubi Qafqazda dinc və sülh şəraitində birgəyaşayışı qətiyyətlə dəstəklədiyini, regionda sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.
“Ümidvarıq ki, Azərbaycan və Ermənistan tez bir zamanda razılıq əldə edərək sülh sazişini imzalayacaq və bu, regionda uzunmüddətli sülhlə sabitlik üçün dönüş nöqtəsi olacaq”, - Gürcüstan XİN başçısı qeyd edib.
Siyasət
Gürcüstan XİN başçısı: “Ümidvarıq ki, Azərbaycan və Ermənistan tez bir zamanda sülh sazişi imzalayacaqlar”
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər
Əli Əsədov onu vəzifədən azad etdi
Siyasət
Putin Paşinyanı Moskvaya çağırdı - Peskov
Müsahibə
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
Siyasət
Avropalı müşavirlər də Kiyevə gəldilər
Texnologiya
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Siyasət
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
Siyasət
Tramp Ukraynaya xərclənən vəsaiti Avropadan tələb edəcək
Bölgə
Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - VİDEO
Siyasət
Bayramov İsveçin yeni səfiri ilə görüşdü
Son xəbərlər