Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi qətnamə ilə əlaqədar məktub ünvanlayıb.
Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Məktubda deyilir:
“Ərəb Parlamenti AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmamasına dair qəbul etdiyi qətnamə ilə tanış olub. Ərəb Parlamenti bu qətnamənin qəbul olunması ilə bağlı dərin təəssüfünü bildirir. Azərbaycan Respublikası ərəb dövlətlərinin yaxın dostu və strateji tərəfdaşı olmaqla yanaşı, həm Avropa, həm də dünya miqyasında mədəni müxtəlifliyin qorunmasında, həmçinin sivilizasiyalararası dialoqun təşviq olunmasında əhəmiyyətli rol oynayır”.
Qeyd olunub ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür və qurumun fəaliyyətlərinin təşviqində, habelə təşkilatın məqsəd və prinsiplərinə nail olunmasında mühüm yer alır:
“Azərbaycan qlobal səviyyədə gərginliyin azaldılması, münaqişələrin qarşısının alınması istiqamətində səylərini əsirgəməməkdədir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu istiqamətdə əldə olunmuş uğurlar bunun əyani sübutudur”.
Məktubda deyilir ki, Azərbaycan Milli Məclisinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi fəaliyyət göstərdiyi qısa müddət ərzində dialoq və əməkdaşlıq dəyərlərinin və prinsiplərinin təşviq olunmasında, həmçinin sülhün və tolerantlıq mədəniyyətinin yayılmasında qlobal rol oynamağa başlayıb.
Bildirilib ki, Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq çoxtərəfli təşkilatlar öz fəaliyyətlərində dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə əsaslanırlar:
“Belə təşkilatlar əməkdaşlığın genişləndirilməsi üçün platforma rolunu oynamaqla yanaşı, dünyada artan münaqişələr və fikir ayrılıqları zamanı güclərini və birliklərini itirməməlidirlər. Bundan əlavə, çoxtərəfli parlament diplomatiyası baxış nöqtələrini uzlaşdırmaq üçün bir vasitə olaraq qalmalı, hər hansı fikir ayrılığı qarşısında müqavimət divarı kimi çıxış etməli, sülh və tolerantlıq prinsiplərinin yayılması üçün əlavə dəyər olmalıdır”.
Məktubun sonunda deyilir ki, Ərəb Parlamenti bir daha Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmaması ilə bağlı təəssüfünü bildirir, AŞPA-nın əsasını təşkil edən dialoqa və əməkdaşlıq prinsiplərinə zidd olan bu qətnaməyə yenidən baxılmasında AŞPA sədrinin şəxsi və peşəkar dəstəyinə ümid edir, AŞPA ilə Azərbaycan Milli Məclisini tez bir zamanda birbaşa dialoqa səsləyir.
Siyasət
Ərəb Parlamentinin sədri AŞPA-nı Azərbaycanla bağlı tənqid edib
İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Müsahibə
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
Siyasət
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
Hadisə
Moskvanın bütün hava limanları bağlandı
Son xəbərlər
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
Siyasət
Zelenski: Rusiya bir həftədə Ukraynaya 1 600 bomba və 48 raket atıb
Son xəbərlər
Fransada genişmiqyaslı iğtişaşlar: 1 300-dən çox saxlanılan və 53 yaralı polis var
Siyasət
Pedro Sançes: İnflyasiyanın əsas səbəbi İrandakı müharibədir
İqtisadiyyat
Avropaya tədarükdən heç vaxt imtina etməmişik - Putin
Hadisə
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Son xəbərlər
Sabah hava meteohəssas insanlara necə təsir edəcək?
Tarix
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Siyasət
Müharibə bütün cəbhələrdə sona çatmalıdır, yoxsa... - Arakçı
Müsahibə
Tramp riyazi bacarıqları ilə öyündü: "Mənə lazımi qiymət verilmir"
İdman