“Ermənistan və Azərbaycan sülh müqaviləsi bağlamaq üçün təklif mübadiləsinin altıncı raundunu keçirirlər”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın 2024-cü il dövlət büdcəsi layihəsi üzrə daimi komissiyalarının iclasında deyib.
Mirzoyan qeyd edib ki, İrəvanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətində kursu davam edir. O qeyd edib ki, Ermənistan Qranadada sülh gündəliyinin həyata keçirilməsi istiqamətində böyük addım atmağın mümkün olacağına ümid edir.
“Qranadada bəyannamə imzalanıb və bu, faktiki olaraq Azərbaycanla gələcək sülh müqaviləsi üçün əsasdır”, - deyə Ermənistanın XİN rəhbəri bildirib.
O xatırladıb ki, bu sazişin birinci prinsipi tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına aiddir:
“Ermənistan bu məsələdə maksimum konkretliyi təmin etmək istəyir, ona görə də iki ölkənin əraziləri ilə bağlı konkret rəqəmlər gətirilir. Sazişin ikinci prinsipi iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Proses sovet dövrünün ən son və qanuni xəritələri əsasında aparılmalıdır. Bu xəritələr 1974-1978-ci illərdə tərtib edilib. Əsasən, delimitasiya SSRİ-nin süqutu zamanı mövcud olan sərhədlər əsasında aparılmalıdır”.
Mirzoyanın sözlərinə görə, bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən anlayışla qarşılanır və o, Azərbaycan tərəfinin də bunu başa düşdüyünü təxmin etməyə cürət edir.
Üçüncü prinsip regional kommunikasiyaların bloklanmasına aiddir. Xarici işlər naziri bir daha qeyd edib ki, Ermənistan nəinki blokun açılmasının lehinədir, həm də özünü bu kommunikasiyaların açılmasının əsas benefisiarlarından biri hesab edir.
İrəvanın yanaşması isə dəyişməz olaraq qalır: bütün kommunikasiyalar ərazisindən keçdiyi ölkələrin yurisdiksiyasında, bərabərlik və qarşılıqlı əsasda fəaliyyət göstərməlidir.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sülh müqaviləsinin hazırlanması çərçivəsində İrəvan və Bakı üç əsas prinsip üzrə razılığa gəliblər.
Mənbə: Sputnik Ermənistan
Siyasət
Ararat Mirzoyan: “İrəvanla Bakı arasında təklif mübadiləsinin altıncı raundu davam edir”
Siyasət
Əraqçı: İran ABŞ-la müharibəyə hazırdır, lakin diplomatiyadan hələ imtina etməyib
İdman
Millimiz Litva ilə heç-heçə etdi
Son xəbərlər
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Siyasət
Hakan Fidan BƏƏ-yə gedir
Tarix
Ərdoğandan Anım Günü ilə bağlı paylaşım
Tarix
İlham Əliyev və xanımı Zəfər parkında
İdman
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Siyasət
TDT XİN Şurasının iclası keçirildi
Müsahibə
İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi
Siyasət
Prezident Tacikistanın baş nazirini qəbul edib - FOTO
Son xəbərlər
Hərbçilərinin maaşı 22,8% artacaq
Son xəbərlər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Müsahibə
Avtobusdan istifadə edən sərnişinlərə şad xəbər - FOTO
Texnologiya
NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində...
Siyasət