Sekuta: ABŞ mükəmməl deyil
Səfir Baltimor hadisələri ilə bağlı müzakirələrdə iştirak edir.
ABŞ-da polis zorakılığı barədə olan məlumatların gündəmə gəlməsi məhz ondan ibarətdir ki, biz problemi işıqlandırmağa çalışırıq. Amerika heç bir vaxt mükəmməl olduğunu iddia etməyib və biz problemlərimizi gizlətməyə yox, onları həll etməyə çalışırıq.
Interxəbər xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi özünün Facebook səhifəsində aparılan səfir Robert Sekuta və Müvəqqəti işlər vəkili Derek Hoqan ilə ABŞ-ın polis zorakılığı məsələləri və irqi gərginlik mövzularının müzakirəsi zamanı bildirib.
“Əfsuslar olsun ki, irqi zəmində zorakılıqlar dünyanın müxtəlif ölkələrində baş verir və hər bir ölkə bunu etiraf edir. Birləşmiş Ştatlarda biz irqi bərabərsizliyin problemini anlanması və etiraf olunması istiqamətində uzun yol keçmişik. Amma deyə bilmərik ki, bu iş tamamlanıb, biz bunu hökumətimizin ən yüksək səviyyəsidə başa düşürük”, - səfirliyin şərhində deyilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay