“Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-nə təyin olunan prezident seçkisinin ikinci turunda 53%-dən çox səs toplayaraq qalib gələcək”.
Bu proqnozu Türkiyənin “Optmpar” ictimai rəyi araşdırma şirkətinin rəhbəri Hilmi Taşdemir səsləndirib. “Optmpar” mayın 14-də keçirilən səsvermənin birinci turunun nəticələri ilə bağlı doğru proqnoz verən azsaylı şirkətlərdən biridir.
“Ərdoğan seçkinin ikinci turunda əhəmiyyətli fərqlə qalib gələcək. O, 53%-dən çox səs toplayacaq”, - deyə sosioloq qeyd edib.
Onun fikrincə, müxalifət seçkidə öz imkanlarını olduğundan artıq qiymətləndirib, prosesin gedişatına dair düzgün hesablama aparmayıb, elə şüarlarla çıxış edib ki, bunların da çoxu cəmiyyət tərəfindən qəbul olunmayıb.
“Nəticədə müxalifət nəinki prezident seçkisində məğlub oldu, hətta böyük ambisiyaları olmasa da, parlamentdə belə, səs çoxluğu əldə edə bilmədi”, - deyə Taşdemir bildirib.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkisinin birinci turunun nəticələrinə görə, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan seçicilərin 49,51 faiz səsini qazanıb. Onun əsas rəqibi, müxalifətdən yeganə namizəd olan Kemal Kılıçdaroğlu 44,88 faiz səs toplayıb. Birinci turda qalib gəlmək üçün isə namizəd 50%-dən çox səs toplamalı idi, ona görə də bununla əlaqədar mayın 28-də səsvermənin ikinci turunun keçirilməsi qərara alınıb. Bu turda qalibiyyət əldə etmək üçün sadə səs çoxluğu kifayətdir.
Mənbə: Aksam.com.tr
Siyasət
Türkiyəli ekspert: “Ərdoğan seçkinin ikinci turunda əhəmiyyətli fərqlə qalib gələcək
İdman
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
Siyasət
İran xəbərdarlıq etdi: Avropaya zərbə endiriləcək!
İqtisadiyyat
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Son xəbərlər
Xamenei ABŞ ilə danışıqlar aparmaq üçün İran hökumətinə səlahiyyət verdi
Siyasət
Paşinyan: "Müxalifətin zaminlərin himayəsi altında fəaliyyəti siyasi fəlakətlə nəticələnəcək
Siyasət
Çində məmurların əmlakları üzərində nəzarət gücləndiriləcək
Siyasət
Tramp Netanyahu ilə razılaşmadı: İrana hücum...
Siyasət
İsveç xüsusi təyinatlıları rus gəmisini ələ keçirdilər
Siyasət
Vuçiç uduzdu, Serbiyada həbslər başladı
Son xəbərlər
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
Siyasət
Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb
Tarix
İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi
Siyasət
İran Britaniyanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terrorçu təşkilat elan etdi
Siyasət
Dövlət Baxçalı Azərbaycana dəvət olundu
Siyasət