“Azərbaycanın Qarabağı azad etməsindən narahat olan bir adamın (Kemal Kılıçdaroğlu - red.) Türkiyədə siyasətlə məşğul olması çətindir”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop “Haber Global”a müsahibəsində deyib.

O bildirib ki, Türkiyənin hazırkı hakimiyyəti Azərbaycan vasitəsilə Orta Dəhlizin reallaşmasına çalışır:

“Azərbaycanı görməzdən gəlməyi başa düşə bilmirəm. Cümhuriyyət Xalq Partiyası (CHP) nümayəndələri Qarabağ məsələsində Türkiyə və Azərbaycanı ittiham edirdi”.

M. Şəntop söyləyib ki, Azərbaycansız Türk yolu və Türk dünyası yoxdur.