Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ABŞ dövlət katibi Antoni Blinkenə məktub yazaraq, Vaşinqtonu dörd hakimə sanksiya qərarına yenidən baxmağa çağırıb.
ABŞ Dövlət Departamentinin Gürcüstan-ABŞ münasibətləri tarixində ilk dəfə olaraq Tbilisiyə qarşı sanksiyalar mexanizmini tətbiq etməsi dünən məlum olub.
ABŞ üç hazırkı və bir keçmiş gürcü hakimə qarşı məhdudiyyətlər tətbiq edib.
Dövlət katibi Antoni Blinkenin bəyanatında Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadze “qanunun aliliyini və Gürcüstanın məhkəmə sisteminə ictimai etimadı sarsıdan” şəxslər kimi qeyd olunur. Dörd gürcü hakim üçün “irimiqyaslı korrupsiyada iştirak etdiyinə görə” viza məhdudiyyəti tətbiq edilib.
Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri yazıb ki, Vaşinqton sanksiyalarla bağlı qərara yenidən baxmasa, Gürcüstan dövləti və gürcü xalqı bunu “suveren dövlətin müstəqil məhkəməsinə təzyiq və onun fəaliyyətinə kobud müdaxilə kimi” qəbul edəcək. Bu, Gürcüstan və ABŞ arasında çoxillik dostluq münasibətlərinə xələl gətirəcək.
Darçiaşvili sanksiyaları “tamamilə anlaşılmaz və qəbuledilməz” adlandırıb və qərarın “heç bir sübut olmadan ictimaiyyətə açıqlandığını” yazıb.
Mənbə: newsgeorgia.ge
Siyasət
Gürcüstanın xarici işlər naziri Blinkenə məktub yazdı
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər
Əli Əsədov onu vəzifədən azad etdi
Siyasət
Putin Paşinyanı Moskvaya çağırdı - Peskov
Müsahibə
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
Siyasət
Avropalı müşavirlər də Kiyevə gəldilər
Texnologiya
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Siyasət
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
Siyasət
Tramp Ukraynaya xərclənən vəsaiti Avropadan tələb edəcək
Bölgə
Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - VİDEO
Siyasət
Bayramov İsveçin yeni səfiri ilə görüşdü
Son xəbərlər