“RabitəBank”, Rövnəq Abdullayev və Rauf Əliyev - VİDEO


“RabitəBank”, Rövnəq Abdullayev və Rauf Əliyev üçlüsünə diqqət edin. Çünki, bu üçlü haqqında sizlərə daha çox məlumat və geniş video təqdim edəcəyik.

Sabiq SOCAR prezidenti Rövnəq Abdullayev vəzifədə olduğu müddət ərzində SOCAR-ın buraxdığı istiqrazlar üzrə agent bank “RabitəBank” seçilirdi. Eyni zamanda SOCAR YDM-də də POS cihazları “RabitəBank”a məxsusdur. Çünki R.Abdullayev şuşalılarla quda olub. Bankın əsas səhmdarı və eyni zamanda “RabitəBank”ın müşahidə şurasının üzvü R.Əliyev Zeynal oğlu da şuşalıdır. Bu qudalıq əsnasında da R.Abdullayev və R.Əliyevin qohumluq əlaqələri yaranıb. Qeyd edək ki, R.Abdullayevin oğlu Rəşad Abdullayevlə R.Əliyev arasında da münasibət var.

Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev artıq hər kəsə tanışdır. O, İbizada 1.3 milyon ABŞ dolları dəyərində saatı itirdikdən sonra Azərbaycan mediasının gündəminə bomba kimi düşmüşdü.

Rəşad Abdullayevin yaratdığı “A.R. Construction” yəni “Alpha Roger Construction” Rauf Əliyevin “Z-Commerz” şirkəti ilə eyni hüquqi ünvanda yerləşir.

R.Əliyevin 30 yaşı olmasına rəğmən sözügedən bankla yanaşı atası Zeynal Əliyevlə birgə “Meqa Sığorta” şirkətinin də səhmdarıdır.

Azərbaycanda yazılmamış qanun var. Əgər hansısa məmur vəzifədən gedirsə, onun sahib olduğu bankın lisenziyası ləğv olunur. Məsələn, Ziya Məmmədov Nəqliyyat Naziri vəzifəsindən getdikdən sonra “Bank of Azərbaycan”ın lisenziyası əlindən alındı. Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadə vəzifəsindən ayrıldıqdan sonra “AmrahBank” öz fəaliyyətini davam etdirə bilmədi və nəticədə bankın lisenziyası ləğv edildi. Sabiq Vergilər naziri Fazil Məmmədov vəzifəsindən istefa verdikdən sonra ona məxsus olan “AtaBank”ın fəaliyyəti dayandırıldı. Yəni, xalq təbiri ilə desək banklar bağlandı. Bağlanmayaraq vəziyyəti pisləşən banklar da var. Məsələn, sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin gəlininə məxsus olan “Bank BTB” hələ də fəaliyyətini davam etdirir. Amma “Bank BTB” haqqında digər yazılarda görüşəcəyik. Bugünki yazımızın baş rolu və qəhrəmanı “RabitəBank”, Rövnəq Abdullayev və Rauf Əliyevdir.

SOCAR-ın sabiq prezidenti R.Abdullayevin vəzifəsini dəyişərək İqtisadiyyat nazirinin müavini olması “RabitəBank”a baha başa gəlib - nə az, nə çox 180 milyon manat. Çünki huquqi şəxslər “RabitəBank”dakı əmanətlərinin 179 milyon 874 min manatını yəni, sözügedən müştərilər depozitlərin 23.3%-ni banka əmanət etmədiklərindən geri çəkiblər. Bu rəqəm bir balaca da artıq olsaydı, mövcud məbləğin 4/1-i demək olardı. Bundan başqa “RabitəBank”ın aktivlər cəmi də azalıb.

Fiziki şəxslər yəni biz, siravi vətəndaşlar bankın kimə məxsus olduğunu və onun arxasında kimin durduğunu bilmərik və bu əhaliyə bir o qədər də maraqlı deyil. Vətəndaş sadəcə banka inanır və əmanətini rahatlıqla banka yerləşdirə bilir. Amma hüquqi şəxslər belə deyil. Onlar əmanətlərini yerləşdirdiyi zaman hansı bankı seçəcəklərini çox araşdırırlar. Bankın arxasındakı məmurun vəzifədə nə qədər qalacağı çox önəmlidir. Çünki, bankların lisenziyası ləğv olanda hüquqi şəxslər öz vəsaitərini geri ala bilmirlər. Azərbaycanda bu günə kimi lisenziyası əlindən alınmış banklarda demək olar ki, hüquqi şəxslər öz vəsaitlərini geri götürə bilməyiblər. Bankın lisenziyası ləğv olunanda banka inzibatçı təyin olunur və o inzibatçı ilk olaraq bankın dövlətə olan borcunu qaytarır. Daha sonra fiziki şəxslər bankdakı əmanətlərini geri götürmək üçün inzibatçıya yazılı ərizə ilə müraciət edirlər. Əmanətlərin Sığortalanma Fondu (ADİF) isə qanundan kənara çıxmayan əmanətlərin geri verilməsi üçün tapşırıq verir.

Fiziki şəxslərin bankdakı əmanətləri artsa da, hüquqi şəxslər “RabitəBank”dakı əmanətlərini geri çəkiblər. Onlar Rövnəq Abdullayevin vəzifədən getməsinə görə bankı bağlanma təhlükəsində görmüş ola bilərlər. Buna baxmayaraq, bankın cəmi aktivləri 2022-ci ilin sonunda 954 milyon 900 min manat təşkil edib ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 63 milyon manat azdır. Bank cəmi aktivlərindən isə çox da yaxşı istifadə edə bilməyib. Daha doğrusu 2021-ci ilin sonu ilə müqayisədə 0.9% artım var. Amma renkinq siyasında “RabitəBank” 25 bank içində 13-cü sırada yəni biraz geridə qalıb. Çünki bankın xalis mənfəəti 11 milyon 181 min manat təşkil edib.

Bankın cəmi aktivlərindəki azalmanın əsas səbəbi bloklaşdırılmış nəğd vəsaitlərin 286 milyon 204 min manat azalmasıdır. Bu da 2022-ci ilin sonunda 122 milyon manata düşmüş deməkdir.

“RabitəBank”-a təqdim etdiyimiz sorğu cavablandırılsa, mütləq şəkildə daha geniş yazı və video təqdim edəcəyik.
kommersant.az

Son xəbərlər

Nobel Sülh Mükafatı Norveç üçün utancvericidir - Tramp

Prezident anons etdi: İH-lər ləğv ediləcək

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Türkiyənin 14 vilayətində əməliyyat: 202 nəfər saxlanıldı

Maduro hara aparılır?

ABŞ Venesuela parlamentinin binasına zərbə endirdi

Vəfa Hüseynzadə: Peşəkarlıqla qurulan səhiyyə yolu

İrəliləyişlər var, yeni uğurlara hazırıq - Szinpindən Putinə

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşovanın fəaliyyəti

Ukraynanı dəstəkləməyə davam edəcəyik… - Leyen

Azərbaycana bu məhsulları göndərə bilərik - Erməni nazir

Zelenski Trampla bu 5 məsələni müzakirə edəcək

Azərbaycan şirkətləri bu ölkəyə 1 milyard yatırıb

Azərbaycanla bu ölkə arasında birbaşa uçuşlar gözlənilir

İranın iki hərbçisi Pakistanla sərhəddə öldü

Müharibənin sonu yaxınlaşır - Lukaşenko

ABŞ 29 gəmiyə sanksiya tətbiq etdi

Heydər Əliyevin vəfatından 22 il ötür

Pezeşkian seçildikdən sonra Azərbaycanla bağlı tapşırıq verdi

İran XİN-dən Azərbaycanla bağlı açıqlama..

İraq Hizbullahı terror təşkilatı kimi tanıdı

Kipr prezidenti Ukraynada səfərdədir

Hakan Fidan İrana gəlir

Uitkoffla Uşakovun sızdırılan danışığı... - Tramp

Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan

Plan qəbul edilsə, Tramp Zelenskini bağışlayacaq - İddia

İranla razılaşmaya açığıq - Tramp

DİN məlumat yaydı: Bu nömrələrdən gələn zənglər...

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Prezident İlham Əliyev Konstitusiya Günü münasibətilə paylaşım edib

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

Xankəndidə atəşfəşanlıq oldu

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

Bütün xəbərlər