Xəlifə öldü, yaşasın xəlifə - İŞİD yeni xəlifə seçib?
Bir neçə gün əvvəl ABŞ-ın hava hücumu zamanı yaralanan Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiq edən İŞİD komandirləri yeni "xəlifə"nin Ebu Ala Al-Afri olduğunu deyib
Aznews.az xəbər verir ki, İraqın “Waradana” xəbər agentliyinə açıqlama verən mənbə bildirib:
"Bağdadi yaralandıqdan sonra aparıldığı Suriyanın Rakka şəhərində həkimin qucağında ölüb".
İŞİD komandirləri Mosul yaxınlığındakı Telafer şəhərinin Səddam məscidində yeni "xəlifə"nin adını açıqlayıb.
Yeni liderin əsil adı Əbdürrəhman Mustafa al-Şeyhlardır. Ebu Ala Al-Afri ona ləqəb kimi verilib.
İraqın Telafer şəhərində anadan olan Afri fizika müəllimidir və ilahiyyat təhsili alıb, ancaq buna baxmayaraq sürücülük edərək pul qazanıb.
O, 1990-cı illərdə Telaferin ilk cihad ideologiyasının maarifləndirici olub. Afrinin çox zaman gizli, bəzən də açıq şəkildə Böyük Bazar Məscidində moizə verdiyi deyilir.
2004-cü ildə doğulduğu şəhərdən qaçan Afri “Əl-Qaidə”yə qoşulub.
Beynəlxalq terror təşkilatının İraqdakı məşvərət şurasının sədri olan Afri sələfi kimi ABŞ tərəfindən göz altına alınıb, ancaq müəyyən bir müddətdən sonra sərbəst buraxılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay