Hadisə
22.03.2015, 14:25
100 nəfərlik kütləvi məzarlıq tapıldı
Nigeriyanın şimal-şərqindəki Damasak vilayətində ən az 100 cəsədin olduğu bir kütləvi məzarlıq tapılıb.
Çad ordusunun səalhiyyətlisi Abdurrahman Duceymi cəsədlərdə güllə və bıçaq izləri olduğunu bildirib.
Onun sözlərinə görə, kütləvi məzarlıqda tapılanlar bir neçə həftə əvvəl öldürülüb. Ordu səlahiyyətlisi hadisənin arxasında “Boko Haram” terror qruplaşmasının ola biləcəyini deyib.
Nigeriya və Kamerunun şimal bölgələrində təsirli olan “Boko Haram” martın 7-də İŞİD terror təşkilatına biət etdiyini açıqlayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay