15 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Məhəmməd Əl Bluşini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında birgə tarixi, mədəni, dini bağlara əsaslanan və möhkəm təməl üzərində qurulan əlaqələrin son 30 il ərzində əhəmiyyətli inkişaf yolunu keçdiyini məmnunluqla qeyd edib. İki dövlət arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğu, həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi ifadə edilib.
Səfir Məhəmməd Əl Bluşi BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın salamlarını çatdırıb. O, Azərbaycanda diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini ifadə edib.
Tərəflər, ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən alternativ enerji, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, mədən sənayesi, azad iqtisadi zonalar və digər istiqamətlərdə inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov səfirə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə iki ölkə arasında normallaşma prosesi və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair Azərbaycanın baxışları barədə məlumat verib.
Səfir Məhəmməd Əl Bluşinin fəaliyyətinin Azərbaycan və BƏƏ arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə dair inam ifadə edilib və öz növbəsində Azərbaycan tərəfinin bütün lazımı dəstəyi göstərməyə hazır olduğu vurğulanıb.
Siyasət
Ceyhun Bayramov BƏƏ-nin yeni səfiri ilə görüşüb
Texnologiya
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
Siyasət
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
Tarix
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Siyasət
İranın 38 körpüsünü bir saat içində dağıda bilərik - Tramp
Siyasət
İlham Əliyev Kamboca Kralını təbrik etdi
İqtisadiyyat
Antalyada COP31 başladı
Son xəbərlər
İlham Əliyev COP31-də iştirak edəcək
Mədəniyyət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Müsahibə
İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
Müsahibə
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər - Canlı yayım
Siyasət
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
Son xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto
Tarix
İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Video
Tarix
XİN-dən Zəfər Günü ilə bağlı paylaşım: Milli iradə
Bölgə