"Rusiyanın dövlət telekanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycana qarşı növbəti təxribat törədilib. Belə ki, Rusiya-Ukrayna müharibəsinin şərh olunduğu bir vaxtda Rusiya Dumasının komitə sədrinin müavini Mixail Delyagin ölkəmizə qarşı olduqca təxribat xarakteri daşıyan mövqe ortaya qoyub".
Bunu "Report"a Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü, Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, rusiyalı deputatın mövqeyinin proqramda müzakiə edilən məsələyə heç bir aidiyyəti olmayıb: "Mixail Delyagin hədələyici dillə Azərbaycanı guya ki, Ermənistanla razılaşdırılmış atəşkəs rejimini pozmaqda ittiham edib. O həmçinin ölkəmizi Ermənistana qarşı aqressiv hərəkətlərə yol verdiyini də bildirib və Azərbaycanı Türkiyənin əlatısı da adlandırıb. Bu fikirlərin Rusiyanın dövlət telekanalında deputatın dilindən səsləndirilməsi təəssüf doğurur. Bu şəxs onun fərqindədir ki, Azərbaycan və Rusiya münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib".
Mixail Delyagin
Mixail Delyagin
İşçi qrupun üzvü qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasının rəhbərliyinə məlumat verilməlidir: "Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan, xələl gətirən, terrorçuluğu təbliğ edən, Azərbaycan dövlətinə qarşı həqarətli ifadələr işlədən bu deputata qarşı hüquqi müstəvidə addımlar atılmalıdır və o, hüquqi məsuliyyətə cəlb edilməlidir".
Bizim Telegram kanalımıza abunə olun
Siyasət
"Mixail Delyagin hüquqi məsuliyyətə cəlb edilməlidir"
Müsahibə
Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
Son xəbərlər
Rusiyaya hücum: Neft zavodu yandı
Siyasət
Ceyhun Bayramov çinli həmkarı ilə nələri müzakirə etdi? - Foto
Siyasət
İsrail prezidenti Azərbaycana gəldi
İqtisadiyyat
Kartdan-karta pul köçürmələri ilə bağlı yeni qərar - Tariflər
Siyasət
Avropanın Rusiyaya münasibəti dəyişməyəcək - Knaysl
İqtisadiyyat
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"
Son xəbərlər
Türkiyədən Moskvaya uçan təyyarələr geri qayıtdı
Son xəbərlər
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Siyasət
İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
İqtisadiyyat
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
Siyasət
AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
Siyasət
Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
Siyasət
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Son xəbərlər