
Siyasət
23.03.2022, 14:45
XİN Ermənistanı silahlı qüvvələrinin Qarabağdakı qalıqlarını çıxarmağa çağırıb
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etməyə çağırıb.
"Report"un xəbərinə görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
"Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin", - XİN rəsmisi vurğulayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay