"Rusiya işğalının 6-cı günü təcavüzkarlar aqoniyalarının başladığını gizlədə bilmirlər. Rusiyanın dinc şəhərləri vəhşicəsinə raket atəşinə tutması onların Ukrayna hərbçiləri ilə döyüşməyi bacarmadıqlarının sübutudur. Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər isə məsuliyyətə cəlb olunmalıdır".
“Report” xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.
Müdafiə naziri Xarkovda rusların törətdiyi cinayətləri araşdırmaq üçün xüsusi beynəlxalq komissiyanın yaradılmasını təklif edib və o düşünür ki, bunun yaradılması ədalətli olar: "1943-cü ildə məhz Xarkov faşistlərin hərbi cinayətlərinə görə ilk dəfə mühakimə olunub. İndi isə “Xarkov tribunalı” Rusiyanın rəhbərliyi üçün qurulmalıdır".
O, həmçinin Rusiya iqtisadiyyatının iqtisadi sahədə böyük itkilərə məruz qaldığını bildirib və deyib ki, Rusiya valyutası adi kağız parçasına çevrilir. Onun sözlərinə görə, Rusiyanın xam neftinin ixracına da artıq ilk qadağa tətbiq edilib.
"Ukraynaya isə Avropadan silah və başqa vacib mallar tədarük olunur. Hətta ukraynalı məktəblilər belə Rusiyaya qarşı kiber-hücuma keçiblər. Rusiyanın yüz minlərlə vətəndaşı hakimiyyətin onları aldatdığını öyrənib. Onlar artıq bilir ki, Rusiya Ukraynada heç bir “xüsusi əməliyyat” keçirmir. Ukraynada minlərlə rusiyalının öldüyü müharibə gedir. Rusiyanın daxilində müqavimət hər saat artır”, - O.Reznikov bildirib.
Siyasət
"Xarkovdakı cinayətləri araşdırmaq üçün beynəlxalq komissiya yaradılmalıdır"
Hadisə
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto
Son xəbərlər
İsrail Əyyaşı azadlığa buraxdı
İqtisadiyyat
Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - Foto
Siyasət
Ukraynanın kapitulyasiyası ABŞ-a baha başa gələcək
Siyasət
Bolsonaro özünü Braziliyanın seçilmiş prezidenti elan edib
Siyasət
Ukraynadan Rusiyaya Donetsklə bağlı təklif
Siyasət
TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar
Siyasət
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"
Son xəbərlər
İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"
Siyasət
Seçkinin ilkin nəticəsi: Netanyahu qalib gəlir...
Siyasət
Ukrayna ilə bağlı danışıqlar bu tarixdə keçiriləcək - Tusk
Müsahibə
Avropa istəsə, qaz tədarükünü bərpa edərik - Novak
Siyasət
Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"
Siyasət
Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq
İqtisadiyyat